Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Aktual / “İcra başçıları sahibkarın qulağını kəsir, əlində nə var, tutub alırlar” – Sərt etiraz

“İcra başçıları sahibkarın qulağını kəsir, əlində nə var, tutub alırlar” – Sərt etiraz

“Prezident birinci dəfə deyil ki, məmurlara xəbərdarlıq edir. Amma görünən odur ki, bu məmurlar öz xislətlərindən əl çəkmək niyyətində deyillər”.

Bu fikirləri mia.az-a açıqlamasında MMP sədri Hafiz Hacıyev deyib. O bildirib ki, ölkə başçısı hər dəfə sahibkarlara dəstəyin vacibliyini vurğulayır, amma icra başçıları bunun əleyhinə gedirlər.

“Mən hələ bir dəfə görməmişəm ki, icra başçıları bir sahibkara dəstək versin, əksinə, qulağını kəsir, əlində nə var, tutub alırlar. Bu icra başçıları ilə yerlərdə inkişafa nail olmaq mümkün deyil. Prezident tapşırıq verir, irəli addımlar atılır, amma icra başçıları maneələr yaradırlar. Məsələ təkcə, icra başçılarında deyil. Qocalardan ibarət hökumətlə də uzağa getmək olmaz. Fikir verirsinizsə, hökumət üzvlərinin çoxu müşavirələrdə mürgüləyirlər. 

Davosda erməni nazir yalandan öz ölkələrindəki inkişafdan danışır, amma bizin hökumət üzləri susurlar. Niyə baş nazirin müavinləri Elçin Əfəndiyev, Əli Əhmədov buna cavab vermir? Prezident tapşırıq verir, amma qocalar evinin üzvəri yatır. İş adamları iş görürlər, amma icra başçıları öz adlarına çıxırlar. Bu adamlar dövlətin ayırdığı pulu yeməkdən başqa bir şey bilmirlər. Bütün fəaliyyətləri narazılığın böyüməsinə, baş qarışmasına yönəldirlər ki, bulanıq suda balıq tutmağa davam eləsinlər”, – deyə H.Hacıyev bildirib.

Partiya sədri onu da nəzərə çatdırıb ki, bu gün xalqla məmurun sözü tərs mütənasib gəlir. Onun fikrincə, bu da məmurların xalqı düşünmədiklərini və öz maraqları üçün çalışdıqlarının göstəricisidir:

“Küçə süpürmək, yoları sulamaq inkişaf deyil. İcra hakimiyyətlərinin bacardıqları iş ancaq budur. Elə rayon var ki, bir dənə iş yeri açılmayıb. Sahibkarları o qədər bezdirirlər ki, olan qalan iş yerləri də bağlanır. Amma ümid edirəm ki, ölkə başçısının qətiyyətli adımları bu vəziyyətə son qoyacaq”.

Müsahibimiz qeyd edib ki, hakimiyyətin daxilindəki müəyyən qollar var ki, onlar belə bir vəziyyətin yaranmasına şərait yaradırlar. Onun sözlərinə görə, bəzilərinin abrı-həyası olsa, özləri ərizə yazıb gedərlər:

“Düzü, mən bilmirəm, qocalar evinin bəzi nümayəndələri 4-5 saatlıq müşavirədə necə otururlar? Bu qədər üzə dirənmək olmaz axı. Bəsdir də. Nə qədər kreslo hərisi olmaq olar? Son müşavirədə başqa bir məqam diqqətimi çəkdi. Əhəd Abıyevin “Daşkəsənfiliz”in özəlləşdirilməsi ilə bağlı çıxışına diqqət yetirin. Onun ittihamları əsaslıdır. İcra başçısı olduğu rayonda vəziyyəti yaxşı bilir. Kərəm Həsənov niyə prezidentin tapşırığının əleyhinə gedir? Hansı marağa görə bu yola gedir? O boyda zavodun ğzəlləşdirilməsinə niyə imkan vermir? Hələ durub orda-burda müxalifətə pas verir, yalan məlumatlar yayır. Kərəm Həsənov kimi məmurlar seçki ilindən istifadə edib sabotaja əl atırlar. Sözümün canı odur ki, prezident bu kimi məmurları yola salmalıdır. Bu adamlar inkişafa mane olmaqdan başqa bir işə yaramırlar”.

 

Həmçinin oxuyun

Bərdəyə raketin düşdüyü yerdən – Fotolar

Xəbər verdiyimiz kimi, Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla …