Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “İcazə verməsəydilər, bundan yaxşı idi…” – Əməkdar artist yeni toy qaydalarını qınadı

“İcazə verməsəydilər, bundan yaxşı idi…” – Əməkdar artist yeni toy qaydalarını qınadı

“Yeni toy qaydaları heç də ürəyimcə olmadı. Şəxsən mən toya getmək üçün vaskin vurdurum və əgər məndə problem varsa, ölüm, uşaqlarım başsız qalsın, mən belə şeylərə getməyəcəm”. 

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova deyib. Müğənni yeni toy qaydalarının insanların istədiyi kimi olmadığını bildirib: “Yeni toy qaydaları heç də ürəyimcə olmadı. Şəxsən mən toya getmək üçün vaskin vurdurum və əgər məndə problem varsa, ölüm, uşaqlarım başsız qalsın, mən belə şeylərə getməyəcəm. Bununla yanaşı, qaydaları çox sərtləşdiriblər. Belə çıxır ki, kasıblar toy etməsin, amma kimin imkanı var, o toyunu etsin, onun üçün 3-4 min nədir ki. Toyunu edəcək və heç kim də gəlib yoxlamayacaq, çünki pulunu verib axı. Yenə də düzgünlük əmələ gəlmir. Kasıb insan isə bunu edə bilməyəcək. Yazıq gedib vaksini vurdurur və sonra da xərcə düşür. Mən heç bir şey anlaya bilmədim. Qayda-qanunu çox gözəl şəkildə etmək olar. Elə ondansa toylara icazə verməyəydilər. Mən bir dənə onu anlayıram ki, acından öl, otur evində. Şəxsən yeni toy qaydaları xoşuma gəlmədi. Vallah, toylara icazə verməsəydilər, bundan daha yaxşı idi.  Yaşlı adamdır, toya görə vaksin vurdurdu, öldü, bundan sonra o neynir ki, toyu?! Özüm getdim və məndən sonra nə olur, olsundur?! Biz də dövlətimizi, vətənimizi sevirik, amma bu işlə sırf məşğul olanlar bilməlidir ki, varlıdan çox kasıb var. Bir milyon yaxşı, bir milyon orta səviyyədə yaşayır, amma qalanları isə ölür gedir. Mən aqressiv insan deyiləm, sakit, təmkinli insanam, amma bu məsələyə görə çox aqressiv oldum. Musiqiçi dostlarımla da danışıram və görürəm ki, çox narazılıqlar var. Bizdə toy biznesidi, konsertlər yoxdu, bütün sahələr toya bağlıdır. Axı insanlar əziyyət çəkir, belə olmaz. Birdəfəlik desələr ki, qapanın oturun evdə. Bu hamısından yaxşı idi. İnsanlar çox incidilir, belə olmaz”. 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …