Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Aktual / İbrahimbəyovun başabəla “filmi”ndə Moskva ssenarisi

İbrahimbəyovun başabəla “filmi”ndə Moskva ssenarisi

“Qafqaz triosu” məhkəmə baxışına gedir; politoloq: “Ola bilsin ki, onun bu  cür davranışlarında Rusiyanın hansısa siyasi qolunun müəyyən rolu var”

Xalq yazıçısı, kinematoqraf Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz triosu” filmi ətrafında gedən müzakirələr bu gün də davam etdirilir. Dağlıq Qarabağ münaqişəsi barədə daha çox erməni mövqeyini ifadə edən, azərbaycanlıların vəhşi, qəddar, qorxaq obrazında təqdim edilən filmə görə bir çox millət vəkilləri, ziyalılar, Qarabağ döyüşçülərini təmsil edən ictimaiyyət nümayəndələri, kino və incəsənət xadimləri Rüstəm İbrahimbəyova verilmiş bütün titul və adların geri alınması üçün ölkə rəhbərliyinə müraciət edib.

Müraciətlərdə qeyd olunur ki, Rüstəm İbrahimbəyov Azərbaycan xalqının iradəsinə, milli dəyərlərə, dövlətçiliyə qarşı düşmən münasibəti nümayiş etdirir. Bu mövqe onun sovet dövründən üzü bəri kinossenarilərinin çoxunda özünü büruzə verir, son zamanlar isə daha da qabarıq şəkil alıb.

Azərbaycanın tanınmış bir çox kino xadimləri “Qafqaz triosu” ilə bağlı artıq Gürcüstan rəhbərliyinə də müraciət edib. Bu barədə tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudov “Yeni Müsavat”a açıqlamasında bildirmişdi.

Ötən gün musavat.com-a daxil olan məlumata görə, ziyalılar, QHT nümayəndələri və s. Rüstəm İbrahimbəyovun titullarının alınması ilə bağlı məhkəməyə müraciət etməyə hazırlaşır. Xatırladaq ki, Rüstəm İbrahimbəyov Azərbaycanın Xalq yazıçısı adına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif olunub. Bəs titul və adların geri alınması ilə bağlı məhkəmə prosesi necə aparılır və yaxud necə olmalıdır?

Ä°lgili resim

Hüquqşünas Əsabəli Mustafayev məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb: “Adətən şəxsin hərəkətlərində cinayət əməli olanda bu zaman aldığı ad və titullar geri alınır.  Əgər bir qrup şəxs şəxsin titul və adının əlindən alınması ilə bağlı müraciət edərsə və ad, titullar prezident fərmanı ilə şəxsə verilibsə, yalnız hökumət bu barədə qərar verə bilər. İnanmıram ki, məhkəmə  belə bir qərar versin. Çünki sübut etmək lazımdır ki, həmi şəxsin əməlində cinayət əməli var, ittiham elan olunmalıdır və sairə. Bir daha qeyd edirəm, bu ad əgər hökumət tərəfindən verilibsə, ad və titulları da şəxsin əlindən yalnız hökumət ala bilər”.

Məlum olduğu kimi, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır. Maraqlıdır, əgər kinematoqrafın əlindən ad və titullar geri alınarsa, Rusiya bu məsələlərə hər hansı bir formada reaksiya verə bilərmi?

Politoloq Qabil Hüseynli ile ilgili görsel sonucu

Politoloq Qabil Hüseynli sualımızı bu cür cavablandırdı: “Rüstəm İbrahimbəyovun bu filmi və ümumiyyətlə, onun son 15-20 ildəki  fəaliyyəti, fikrimcə, Rusiyanın ürəyincədir. Ola bilsin ki, onun bu  cür davranışlarında Rusiyanın hansısa siyasi qolunun müəyyən rolu var. Çünki İbrahimbəyov Azərbaycan xalqının elə dəyərlərinə hücum çəkib, onu gözdən salmağa çalışır ki, bu, birbaşa milli ləyaqət, qürur hissi kimi müqəddəs dəyərlərə bağlıdır. Ən əsası isə odur ki, İbrahimbəyovun özü Azərbaycan xalqına nə qədər mənəvi ziyan vurduğunun fərqində deyil. Bu yaxınlarda onun hansısa internet televiziyasına verdiyi cavabları, qəzəbini izlədim, onun özünü tam haqlı hesab etməsi məni xeyli dərəcədə təəccübləndirdi. Ən azından gözləyirdim ki, hansısa bir formada bu məsələlərin altından ”sürüşüb” çıxmağa çalışacaq, müəyyən tənqidi faktlarda mülayim mövqe tutacaq. Əksinə, qəzəbli, kin qusan və eyni zamanda Azərbaycan hakimiyyətini və hətta Azərbaycan xalqını qınayan ağır ittihamlara rast gəldim. Deməli, bu adam Azərbaycan xalqına aid olması hissini tamamilə itirib.

Məlum olduğu kimi o, sonuncu filmində Azərbaycan xalqının milli kökləri haqda absurd bir ideya sürüb. Bundan  əvvəlki filmlərində isə ermənilərin Bakıdan getməsi ilə bağlı guya Bakıda milli mədəniyyətin azalacağına, Bakı mühitinin tamamilə məhv olacağı ideyaları ilə ad çıxartmışdı. İndi isə onun heç olmasa azacıq da olsa vicdan əzabı çəkmək, müəyyən qədər özünə yüngül formada bəraət qazanmağa çalışmaq əvəzinə, əksinə, hücuma keçməsi, ciddi ittihamlar səsləndirməsi onu göstərir ki, Rusiya vətəndaşlığı onun sığındığı məkan deyil, onun arxasında müəyyən bir xüsusi orqanların da dayandığını istisna etmək olmaz”.

Qabil Hüseynli məhkəmə yolu ilə Rüstəm İbrahimbəyovun ad və titullarının geri alınması məsələsinə də münasibət bildirib: “Bu məsələnin məhkəmə yolu ilə həll olunmasına ehtiyac duymuram. Bu məsələ hökumət tərəfindən hansısa formada həll olunmalı idi. Bildiyiniz kimi, buna qədər müəyyən adamlara bu üsul tətbiq edilmişdi. Əgər məhkəmə yolu ilə adlardan məhrum edilmə məsələsi ortaya çıxarsa,  zənnimcə, tam haqlı addım olardı”.

Xatırladaq ki, R. İbrahimbəyovun ssenaristi olduğu “Qafqaz üçlüyü” filmində azərbaycanlıların təhqir olunması cəmiyyətdə birmənalı qarşılanmayıb. Ssenari müəllifi bu filmdə xalqın milli mənafeyini ayaqlar altına alaraq erməni xalqına simpatiyasını əks etdirib, azərbaycanlıları qorxaq və qəddar insanlar kimi tanıtmağa çalışıb.

Həmçinin oxuyun

“Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Milli Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi …