Ana səhifə / Aktual / I sinif üçün summativlər ləğv edildi – Nə yenilik olacaq?

I sinif üçün summativlər ləğv edildi – Nə yenilik olacaq?

Təhsil Nazirliyi “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirilmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın qəbulu ilə bağlı mətbuat konfransı keçirib. 

“Qafqazinfo” xəbər verir ki, konfransda Təhsil inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev məktəbdaxili qiymətləndirmə qaydalarında dəyişiklikləri zəruri edən səbəblər barədə ətraflı məlumat verib.

Bildirilib ki, yeni qaydalarda nəzərdə tutulmuş əsas dəyişikliklərdən biri summativ qiymətləndirmə ilə bağlıdır. Qaydalara əsasən, summativ qiymətləndirmələrin sayı azaldılıb. Böyük Summativ qiymətləndirmə təhsil səviyyələrinin sonunda, yəni lV, lX, Xl siniflərdə bütün fənlərdən, V, Vl, Vll, Vlll və X siniflərdə isə yalnız buraxılış imtahanları keçiriləcək fənlər üzrə aparılacaq.

Qaydalarda ikinci dəyişiklik isə ibtidai siniflərlə bağlıdır. Belə ki, ibtidai sinif şagirdlərinin yaş xüsusiyyətləri nəzərə alınaraq, I sinifdə summativ qiymətləndirmə aparılmayacaq. Klassik və lll siniflərdə yalnız Kiçik Summativ Qiymətləndirmə olacaq. 

Hər bir fənn üzrə böyük summativ qiymətləndirmə ibtidai təhsil səviyyəsində 45, ümumi orta və tam orta təhsil səviyyəsində 45-90 dəqiqə ərzində aparılır.

Kiçik və böyük summativ qiymətləndirmələr 100 ballıq şkala ilə ölçüləcək, yalnız yekunda 2, 3, 4 və 5 qiymətləndirməyə çevriləcək və sinif jurnallarına yazılacaq. Yarım il ərzində fənn üzrə 3-6 KSQ keçirilə bilər.

Həmçinin oxuyun

Konsulumuz Türkiyədə şantaj edilir? – işə Türkiyə prokurorluğu qarışdı – Fotofakt

Azərbaycan dövlətinin Türkiyənin Qars şəhərindəki Baş Konsulu Nuru Quliyev Əsassiz Erməni İddiaları ilə Mücadilə Dərnəyinin …