Ana səhifə / Aktual / I sinfə qəbulla bağlı 28 337 sorğu yerləşdirilib

I sinfə qəbulla bağlı 28 337 sorğu yerləşdirilib

Paytaxtda I sinfə qəbulla bağlı 28 337 sorğu yerləşdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Unikal”a verilən xəbərə görə mayın 6-na (saat 10:30) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 28 337 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.https://ad.adriver.ru/cgi-bin/erle.cgi?sid=1&ad=735770&w=680&h=110&bt=20&pid=3406055&bn=3406055&rnd=320223656&tail256=https%3A%2F%2Funikal.az%2F

Həmçinin paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 2 169 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 943-ü alternativ qeydiyyat mərkəzlərində, 57-si onlayn alternativ qeydiyyat mərkəzlərində (“WhatsApp”müraciətləri), 880-i sistemin “Əlaqə” bölməsində cavablandırılıb və valideynlərə müvafiq dəstək göstərilib. 289 valideyn isə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib.

Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat sentyabrın 13-nə qədər davam edəcək. www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə (https://baku.edu.gov.az/az/page/276) müraciət edə bilərlər.

Vətəndaşlara alternativ qeydiyyat mərkəzlərində həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər xidmət göstərilir. Valideyn alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.

Həmçinin onlayn alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir. Qeyd edək ki, sistemdə elektron qeydiyyatdan keçə bilməyən valideynlərə “WhatsApp” vasitəsilə (070-996-76-63, 070-996-36-62, 070-996-46-68) müraciətlərinin cavablandırılması üçün müvafiq işçi qrupları tərəfindən də zəruri köməklik göstərilir.

Həmçinin oxuyun

İbrahim Rəisinin Tehranda dəfn mərasimi keçirilir – FOTO

İranın paytaxtı Tehranda helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən …