Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Aktual / Hüquqşünaslar da “Məhsul” stadionuna gedir – Mitinq keçirəcəklər

Hüquqşünaslar da “Məhsul” stadionuna gedir – Mitinq keçirəcəklər

“Praktik Hüquqşünaslar Qrupu” noyabrın 18-də keçmiş Məhsul stadionunda mitinq keçirəcək.

Bu barədə işçi qrupunun üzvü Xalid Bağırov Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, “Praktik Hüquqşünaslar Qrupu” bu gün mitinqin razılaşdırılması üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcək. Hüquqşünaslar Milli Məclisin nümayəndəlik instutunun ləğvi ilə bağlı qanunvericiliyə etdiyi dəyişikliyə etiraz edir.

Azərbaycan Milli Məclisi oktaybrın 31-də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik edib. Ali Məhkəmənin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən, fiziki şəxsin yalnız yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə verilir. Dəyişikliyə görə, məhkəmə çəkişmələrində nümayəndəlik institutunun vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur. Kassasiya instansiyasında, yəni Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilmir.

Qanun 2018-ci il yanvarın 1-də qüvvəyə minəcək.

Azərbaycanda vəkillık etmək üçün Vəkillər Kollegiyasının üzvü olmaq lazımdır. Ölkədə hazırda 10 milyona yaxın insan yaşayır, Vəkillər Kollegiyasının isə cəmi 900 üzvü var. “Praktik Hüquqşünaslar Qrupu” bu ilin oktyabrında formalaşıb. Qrupa 10 hüquqşünas daxildir. Qrup hüquqi islahatlarla bağlı təkliflər hazırlayıb hökumətə təqdim etmək və ölkədəki hüquqşünasların maraqlarını təmsil etmək məqsədilə yaradılıb.

Həmçinin oxuyun

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” — VİDEO

“Mən, Babayan Jenya Pavlovna 21 mart 1935-ci ildə anadan olmuşam. Biz həmişə azərbaycanlılarla birgə yaşamışıq. …