Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Hüquqşünas Səfər Mehdiyevin “maşın siyasəti”nin ökəyə vurduğu zərəri izah etdi: “Belə getsə…”

Hüquqşünas Səfər Mehdiyevin “maşın siyasəti”nin ökəyə vurduğu zərəri izah etdi: “Belə getsə…”

Ölkəmizə idxal olunan avtomobillər üçün idaxal gömrük ödənişlərinin (ƏDV, aksiz vergisi, gömrük rüsumu) çox yüksək olması barədə məsələ yenidən müzakirə predmeti olub. 
Mia.az xəbər verir ki, bu barədə nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov məlumat verib.
O qeyd edib ki, təxminən 4 ay əvvəl bunu əsaslandırmaq üçün 2 iqtisadi səbəb vurğulanırdı: 
“1. Dövlət büdcəsinə əlavə vəsaitin daxil olması; 
2. Yerli avtomobil istehsalının stimullaşdırılması.

Hesab edirəm ki, hər iki arqument yanlışdır. Birincisi, ona görə ki, ödənişlər aşağı (əlçatan) olanda ölkəyə gətirilən avtomobillərin sayı çox idi. İndi bu say kəskin azalacaq. Nəticədə büdcə əslində itirəcək. 
Sadə misal: tutaq ki, əvvəl 1000 avtomobil gətirilmişdi və hər birinə görə ortalama 5000 manat gömrük ödənişləri edilmişdi. Bu halda büdcəyə 5 milyon manat daxil olmuşdu. İndi 500 avtomobil gətiriləcək və hər avtomobil üçün artımdan sonra ortalama 8000 manat ödəniləcək. Cəmdə büdcəyə 4 milyon manat və ya 1 milyon az vəsait daxil olacaq.
İkinci arqument ona görə yetərli deyil ki, yerli istehsal dediyimiz, əslində, hazır detallardan yığımdır. Say çox məhduddur. Ən başlıcası isə bu avtomobillər populyar deyil. 
Orta statistik Azərbaycan avtomobil həvəskarı ölkədə hazırda yığılan təzə avtomobilə yox, 10 il bundan əvvəl istehsal edilmiş məşhur markalara üstünlük verir. Həm də axı indi ölkəmizdə yığılan avtomobil də ucuz deyil”.

Ekspert düşünür ki, avtomobil idxalı üçün ödənişlərin ciddi artırılmasının səbəbi ölkəmizə avtomobilləşmə prosesini ləngitməkdir: “Bəli, avtomobilləşmənin sürətlənməsindən qorxanlar çoxdur. Bu qərarı qəbul edənlər düşünürlər ki, ölkəyə gətirilən avtomobillərin sayı ciddi artsa, küçə və yollarımız bu yükə dözməyəcək. Amma maraqlıdır ki, insanlar “alternativ” üsullsr tapırlar. Məsələn, yollarımızda Gürcüstən dövlət qeydiyyatlı avtomobillərin, avtobusların sayı sürətlə artır. Belə getsə, hər 10 nəfərdən biri gürcü avtomobili sürəcək…”.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …