Ana səhifə / Aktual / Hospitaldan Hacının palatasına poni gətirilməsi ilə bağlı AÇIQLAMA

Hospitaldan Hacının palatasına poni gətirilməsi ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, əməliyyat üçün təcili Almaniyaya gedən “Həyat” fondunun rəhbəri Hacı Nuran Hüseynova müalicə aldığı özəl xəstəxanada aparıcının palatasına poni gətiriblər. Xəstəxanaya atın gətirilməsi isə sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən “Ege” Hospitalın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Türkan Məmmədli Hacı Nuranın istəyi ilə poninin xəstəxanaya gətirildiyini bildirib:
“Bu addım Hacının istəyi idi. O ağır xəstədi, ponini görmək istəyirdi. Deyirdi ki, əgər yanıma at gətirilməsə mən özüm onun yanına gedəcəm. Mən belə düşünürəm ki, ağır xəstənin kiçik arzusunu yerinə yetirmək savabdı. Hacı Nuran atçılıq mərkəzi ilə də çalışır. Hacı Nuranın orda öz atı var. Bu poni onundur, adı da Nazlıdır. Hacı Nuran hər gün gedib, atı görürmüş. İcazə olmazdı atı gətirməyə, amma Hacı Nuran kimi xeyirxah insanın bu məqamda arzusunu yerinə yetirmək üçün belə bir addım atıldı. Bir də Hacı Nuranın yatdığı mərtəbədə ondan başqa xəstə yoxdur. Həmin poni də gigiyenik cəhətdən təmiz idi. Atı çirkli-çirkli gətirməmişik”.
Hospital rəsmisi xəstənin yanına gələn şəxslərin ayağında baxil olmamasına da münasibət bildirib:
“Xəstəxananın içəri girişində ayaqqabı üçün xüsusi yapışdırıcı avadanlıq var.Həmin o aparatla ayaqqabıların altına baxili əvəz etmək üçün xüsusi maddə yapışdırılır”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …