Cümə , Sentyabr 20 2019
Ana səhifə / Hökumətin iclası gedə-gedə iki iri məmur həbs edildi

Hökumətin iclası gedə-gedə iki iri məmur həbs edildi

Ukrayna Nazirlər Kabinetinin bu gün keçirilən iclasının gedişində iki yüksək vəzifəli dövlət məmurunun həbsi həyata keçirilib.

Ukrayna xəbər saytlarının verdiyi məlumata görə, hökumətin iclası davam edərkən hüquq-mühafizə orqanlarının əməkdaşları zala daxil olublar və Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin rəhbəri Sergey Boçkovski ilə onun müavini Vasili Stoyetskiyə qarşı ittihamı onların üzünə oxuyaraq qollarına qandal keçiriblər və aparıblar. Onlar Cinayət Məcəlləsinin 208-ci maddəsi – Ukrayna xaricində qeyri-qanuni olaraq valyuta hesabları açmaq və ya istifadə etməkdə günahlandırılır.

Belə ki, Boçkovski və Stoyetski özəl şirkətlərdən süni olaraq yüksək göstərilən qiymətlərlə yanacaq alaraq, vəsait köçürülərkən həmin vəsaitin bir hissəsini öz şəxsi hesablarına keçirməkdə ittiham olunur. Daxili işlər naziri Arsen Avakov sxemin çox sadə olduğunu bildirib: “Bu sadə sxem çərçivəsində dövlət satınalmaları özəl şirkət vasitəsilə həyata keçirilir və həmin şirkət ödəmələri Cersi adasındakı ofşor şirkətə edir. Cersi adasından isə pullar Boçkovski və Stoyetskiyə məxsus digər özəl şirkətə gedir”.

Daxili işlər nazirin müşaviri Anton Geraşşenko Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin və antiterror əməliyyatının ehtiyacları üçün nəzərdə tutulan yanacağın “LUKoyl” və “Alyans” şirkətlərindən şişirdilmiş qiymətlərlə alındığını söyləyib: “Bu vəsaitin 15-20%-i “otkat” kimi Boçkovski və Stoyetskinin Cersi adası və Kiprdəki hesablarına köçürülüb. DİN-in son 6 ay ərzində apardığı operatv-axtarış tədbirləri nəticəsində dövlət xidmətinin rəhbərliyi başda olmaqla, bütün korrupsiya vertikalını aşkarlamaq və sənədləşdirmək mümkün olub. Nazir Avakovun dediyi kimi, yüksək səviyyəli korrupsionerlərin kameralar qarşısında həbsi tamaşa deyil, hər kəs üçün bir növ peyvənddir ki, Ukrayna cəmiyyəti artıq bundan sonra hakimiyyət dairələrindəki korrupsionerlərə dözüm göstərməyəcək”.

Baş nazir Arseni Yasenyuk S.Boçkovski ilə bağlı olan firmaların hesablarındakı əməliyyatların izlənməsi üçün avropalı və amerikalı tərəfdaşlara müraciət edəcəyini bildirib.

Daxil işlər nazirinin müşaviri Zoryan Şkiryak müvəqqəti olaraq Fövqəladə Hallar üzrə Dövlət Xidməti sədrinin səlahiyyətlərinin icraçısı təyin edilib (APA).

Həmçinin oxuyun

Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür

Millət vəkili Rəfael Cəbrayılov 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı …

Bir cavab yazın