Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / HİLAL ƏSƏDOV VƏ NAXÇIVAN MTN-in SABİQ ŞEFİ TƏHÜLÜKƏSİZLİK ORQANLARI İLƏ VİDALAŞDILAR

HİLAL ƏSƏDOV VƏ NAXÇIVAN MTN-in SABİQ ŞEFİ TƏHÜLÜKƏSİZLİK ORQANLARI İLƏ VİDALAŞDILAR

Milli Təhlükəsizlik Nazirliyi sistemində daha 2 yüksək vəzifəli şəxs tutduğu vəzifədən azad olunub. AZİNFORUM.AZ xəbər verir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, onlardan biri Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri, general rütbəli Vəli Əsgərovdur. Digər şəxs isə, sabiq MTN şefi Eldar Mahmudov işdən qovulandan sonra haqqında dəfələrlə “işdən çıxarılıb” yazıları gedən MTN nazirinin birinci müavini, general-leytenant Hilal Əsədovdur.

Onlar hər ikisi məhz bu gün tutduqları vəzifədən azad ediliblər. Yuxarıda da qeyd etdiyimiz kimi, Hilal Əsədovun işdən azad edilməsi ilə bağlı mətbuatda getmiş məlumatlar dəfələrlə təkzib olunmuşdu. Amma bu gün əldə etdiyimiz son məlumat artıq adıçəkilən şəxslərin təhlükəsizlik orqanlarından uzaqlşdığını təsdiq edir.

Qeyd edək ki, prezdent İlham Əliyevin imzaladığı sonuncu sərəncamla MTN ləğv edilib, onun əsasında Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat Xidmətləri yaradılıb.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın