Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Hikmət Hacıyev Gəncədəki terrorla bağlı “Euronews”a danışdı – VİDEO

Hikmət Hacıyev Gəncədəki terrorla bağlı “Euronews”a danışdı – VİDEO

Məşhur “Euronews” kanalında işğalçı Ermənistan ordusu tərəfindən Gəncə şəhərinə atılan raketlə bağlı süjet gedib.
Süjet zamanı Moskvada imzalanan humanitar atəşkəsdən bir gün sonra Azərbayacanın ikinci böyük şəhərinə endirilən raket zərbəsi və nəticələri işıqlandırılıb.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də kanala müsahibəsi zamanı bildirib ki, bu, erməni siyasi liderləri tərəfindən törədilən azərbaycanlılara qarşı soyqırım aktıdır:
“Humanitar məqsədlər üçün atəşkəs haqqında bir sənəd var. Ertəsi gün Ermənistan silahlı qüvvələri Gəncənin sıx məskunlaşdığı ərazisinə raket hücumu həyata keçirdi. Bu hərbi cinayətdir. Bu, bir daha erməni tərəfinin ikiüzlülüyünü nümayiş etdirir”.
Qyed eədk ki, bazar ertəsi günü Avropa İttifaqına (Aİ) üzv dövlətlərin Xarici işlər nazirləri (XİN) Dağlıq Qarabağdakı vəziyyəti və Ermənistanla Azərbaycan XİN rəhbərləri arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Moskvada humanitar məqsədlər üçün atəşkəsə dair razılaşmanın nəticələrini müzakirə edəcəklər.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …