Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Aktual / Hikmət Mirzəyev: “Regionun və xalqlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün…”

Hikmət Mirzəyev: “Regionun və xalqlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün…”

“Türkiyə və Pakistan xüsusi təyinatlılarının nümayədələrini Azərbaycanda görməkdən çox məmnunuq. Azərbaycan, Türkiyə və Pakistan bəşəriyyət tarixinə bir-birinə yaxın dost və qardaş ölkələr kimi düşüb”.

Bunu Xüsusi Təyinatlı Qüvvələr komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş – 2021” beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasimdə deyib.

H.Mirzəyev qeyd edib ki, bu əlaqələrin mərkəzində dayanan isə xalqların bir-birinə sıx şəkildə bağlı olmalarıdır: “Buna əyani sübut kimi Azərbaycanın 2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinə qarşı başladığı 44 günlük əks-hücum əməliyyatının ilk günündən Türkiyə və Pakistanın Azərbaycana həmrəylik və dəstək nümayiş etdirməsini göstərmək olar. Bu gün ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlıq ən yüksək səviyyədədir. Regionun və xalqlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələrimizin daha da gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir”.

General-leytenant H.Mirzəyev “Üç qardaş – 2021” beynəlxalq təlimlərinin hər üç ölkənin hərbi qulluqçuları arasında geniş təcrübə və fikir mübadiləsi aparılacağına və onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyinə əminliyini bildirib.

Həmçinin oxuyun

“Əgər mən Gorus-Qafan yolu ilə gedib sağ qayıtmışamsa deməli vəziyyət normaldır…”

Bu gün Yerevanda, Ermənistanın əslində mövcud olmayan “müstəqilliyinin” 30 illiyinin qeyd olunması mərasimlərində jurnalistlər Baş …