Bazar ertəsi , Sentyabr 21 2020
Ana səhifə / Aktual / Hikmət Babayev “BakuBus”da vəzifəyə gətirilib? – Açıqlama

Hikmət Babayev “BakuBus”da vəzifəyə gətirilib? – Açıqlama

Bakı Nəqliyyat Agentliyi taksi fəaliyyətinin tənzimlənməsi barədə verdiyi qalmaqallı açıqlamaya görə işdən azad edilmiş şöbə müdiri Hikmət Babayevə quruma məxsus BakuBus” MMC-də vəzifə verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib.

BNA-nın mətbuat katibi Mais Ağayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu məsələnin heç bir həqiqətə uyğun olmayan məlumatlar əsasında yenidən gündəmə gətirilməsi insanlar arasında çaşqınlıq yaratmağa, şəhər nəqliyyat sistemində görülən işlərə ləkə yaxmağa, insanlarda dövlət qurumuna qarşı inamsızlıq yaratmağa hesablanan çox uğursuz bir cəhddir.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayev efirdə çıxışı zamanı bildirmişdi ki, taksidən istifadə etmək əvvəllər olduğu kimi, müəyyən imkanlara bağlı olmalıdır: “Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm marşrut xətləri mövcuddur”.

Həmçinin oxuyun

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başlayıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.  Məlumatda deyilir:  “Hərbi vəzifə və …