Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Heydərovun müavinindən merə çağırış: Orada bizim övladımız olsa, necə xilas edəcəkdik? – VİDEO

Heydərovun müavinindən merə çağırış: Orada bizim övladımız olsa, necə xilas edəcəkdik? – VİDEO

Yasamal rayonunda iki gün öncə baş verən yanğın zamanı yaşananlar AzTV-nin bu gün efirə gedən “Çıxışa doğru” verilişində müzakirəyə çevrilib.
Verilişin qonaqları millət vəkili Sadiq Qurbanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev olub.
Ümumilikdə yanğın təhlükəsizliyi, son günlər baş verən yanğınların sayının artması, o cümlədən FHN-in gördüyü işdən danışılıb.
Yasamalda FHN yanğınsöndürənlərinin yanğın ərazisinə yaxınlaşa bilməməsi, su anbarından su götürə bilməməsinin səbəblərinə toxunan E.Mirzəyev bunu binaların çox sıx tikilməsi ilə əlaqələndirib:
“İki gün öncə Əsəd Əhmədov küçəsində, axşam 20-21 radələrində yanğın baş vermişdi. Mətbuat və blogerlər bizə iradların bildirmişdilər və biz onlara cavab verdik. Bir daha təkrar edirəm. 6 dəqiqədən sonra bizim yanğınsğndürən maşınlarımız hadisə yerinə çatıb. Böyük yanğın deyildi, birinci çağırışla bu yanğını söndürmək olardı. Amma yanğınsöndürənlər həyətə daxil ola bilmədi. Balaca bir həyətdir, dörd tərəfdən binalarla əhatə olunub, binalar 20-21 mərtəbəlidir, maşınlar həm su deposunun yaxınlığında park edilib – su deposuna yaxınlaşa bilmirdik, su ilə gəlmiş maşınlar isə binaya yaxınlaşa bilmirdilər. Əgər yanğın ərazisində insan qalsaydı, biz onu xilas edə bilməyəcəkdik. Məcbur olub, 80 metrdən nərdivan asdıq, blokdan daxil olub, yuxarı qalxıb, su vurmağa başladıq. Bu hallar Bakıda bir çox binalarda var”.
E.Mirzəyev üzünü binaları o cür sıx tikən və həyət qoymayan MTK rəhbərlərinə, Bakı şəhər İcra Hakimiyyətinin başçısına tutub:
“Təsəvvür edin ki, o yanan binada sizin övladlarınız var və yaxud mənim övladım var. Biz onu necə xilas edəcəyik?”
Təqdim edilən videoda nazir müavininin bu çıxışına 49:40-cı dəqiqədən sonra baxa bilərsiniz:

Bakupost.az

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …