Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Heydər Əliyevin adını daşıyan istirahət parkındakı “Bağda” adlı məkanda qanunsuzluq baş alıb gedir…

Heydər Əliyevin adını daşıyan istirahət parkındakı “Bağda” adlı məkanda qanunsuzluq baş alıb gedir…

Son zamanlar ölkəmizdə gedən vergi islahatları ilə bağlı görülən tədbirlər taqdirəlayiqdir. Vergi qanunlarının icrası mexanizminin daha ciddi şəkildə həyata keçirilməsi dövlət büdcəmizin və büdcədən maliyyələşən əməkhaqların, pensiyaların daha da artırılmasına birbaşa təsir göstərir. Lakin bəzi hallarda vergidən yayınmaq üçün işçi sayının az göstərilməsi, və yaxud əmək müqaviləsi olmadan insanları işlətmək kimi hallar, baş verir ki, bu da bəzi iş adamlarının daha da çox gəlir əldə etmələri üçün dövlət büdcəsindən oğurluq etməsi deməkdir.
Belə hallara bir çox kiçik və ya böyük həcmli iyaşə obyektlərində tez-tez rast gəlinir. Apardığmız müşahidə zamanı, Xətai rayon Əhmədli qəsəbəsində yerləşən Ulu Öndər Heydər Əliyevin adını daşıyan istirahət parkında “Bağda” adlı məkanda qarşılaşdığımız özbaşınalıq burada, yuxarıda qeyd etdiyim vergidən yayınma hallarının mövcudluğundan xəbər verirdi.
Belə ki, ötən gün jurnalist dostlarımızla görüşüb biraz istirahət etmək üçün adıçəkilən məkanda əyləşdik. Oradakı səliqəlilik, görünüş çox gözəl və ürəkaçan idi. Ancaq çox təəssüf ki, bu gözəlliyin altında qanunsuzluq adlı bir “eybəcərlik gizlənirmiş”. Jurnalist həmkarım özü ilə gətirdiyi içkiyə görə, bizə əlavə 5 manat depazit ödəyəcəyimizi bildirdilər. Səbəbini soruşduqda isə əsassız cavab aldıq. Həə, bu məqamda bizi qınayacaqsınız ki, axı 5 manat nə puldur ki, belə şişirdirsiniz. Məsələ pulun qədərində yox qanunsuz tələbindədir. Çünki, həmən məkanın girişində və yaxud ətrafında belə bir bildiriş elanı yazılmamışdır ki, özünüzlə gətirdiyiniz içkiyə və hansısa qida məhsuluna görə əlavə pul ödəməlisiniz. Yani, sadəcə şifahi bildiriş.
Burada ümumiyyətlə hərşey şifahi olaraq tətbiq edilir. Məsələn, bir nəfər şəxs özünü müdir müavini kimi təqdim etdi amma bunu sübut edən heçnə təqdim etmədi. Sonra mən bir jurnalist olaraq maraqlandım ki, burada işləyən “ofsiant”ların və digər işçilərin əmək müqavilələri varmı?. Adının Ədalət olduğunu bildirən digər bir nəfər özünü məsul şəxs kimi tanıdaraq “bəli var” deyə cavab verdi. Bu müqavilələri göstərə bilərsinizmi? deyə sual verdikdə isə “özünüzə problem yaratmayın!” cavabını aldım.
Elə həmən andaca bu yaxınlarda “Relax” adlanan bir istirahət məkanında baş verən məhşur deputatımızın, məhşur hadisəsi yadıma düşdü. Ancaq “arxalı köpək qurd basar” məsəlini və “Relax”da vergilər nazirliyinin əməkdaşlarına qarşı fiziki güc tətbiq olunma videogörüntülərdə gördüklərimi nəzərə alaraq, fiziki hücuma məruz qala biləcəyimi düşündüm və məsələni o həddə çatdırmamaq üçün məkanı sakitcə tərk etdim. Axı bizdə qayda belədir. Qanun tələb olunanda güc tədbiq edilir. Deyirəm bəlkə, adıçəkilən məkanda elə adıçəkilən aidiyyatı qurumların işçilərinə qarşı da bizimlə davrandıqları kimi rəftar edirlər hə?. Bəlkə elə buna görə də həmən qurumların əməkdaşları bu məkanın həndəvərinə belə gələ bilmirlər və yuxarıda qeyd etdiyim idarəçi heyət də sərbəst şəkildə istədiklərini edirlər. 
Maraqlıdır görəsən özlərini “Bağda” istirahət məkanının məsul işçiləri kimi təqdim edən bu özündən razı şəxslərin arxasında kim və ya kimlər dayanır ki, belə rahat şəkildə öz istədikləri kimi qaydalar tətbiq edərək insanlara “xidmət” göstərirlər. Çox maraqlıdır əcaba…??

Hörmətli “Vergilər Nazirliyi” və “Əmək Müfəttişliyi”, yuxarıda qeyd etdiyim ünvanda əmək müqaviləsi olmadan insanların çalışdırıldığını, özləri istədiyi qaydalarla istirahət məkanında insanlara “xidmət” göstərildiyini və xüsusən vergidən yayınma ehtimalı olmasını nəzərə alaraq orada yoxlama keçirməyinizin məqsədə uyğun olduğunu düşünürəm.

P.S. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Seyid Hüseyn Qədiroğlu,
jurnalist

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …