Ana səhifə / Aktual / “Heydər Əliyevin gənclərə örnək siyasi kursu” adı altında layihənin növbəti tədbiri həyata keçirilib

“Heydər Əliyevin gənclərə örnək siyasi kursu” adı altında layihənin növbəti tədbiri həyata keçirilib

YAP Sabunçu Rayon Təşkilatı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin gənclərə örnək siyasi kursu” adı altında layihənin növbəti tədbiri həyata keçirilib.
Layihənin məqsədi Heydər Əliyev ili çərçivəsində Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq ümummilli liderin həyat və siyasi fəaliyyəti, onun gənclərə gösterdiyi diqqət və qayğının, eyni zamanda Heydər Əliyevin çox zəngin, çoxşaxəli ictimai-siyasi irsinin gənclərə öyrədilməsidir. Layihənin növbəti qonağı Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, məşhur “91-lər”dən olan professor Şahlar Əsgərov olmuşdur. Heydər Əliyev – həyatının unikal səhifələri mövzusunda çıxış edən məruzəçi Ulu Öndərin həyatı və siyasi görüşləri ilə bağlı maraqlı faktları gənclərlə paylaşdı. Sonda gənclərin sualları cavablandırıldı.
Qeyd edək ki, siyasi kursda Dövlət Gömrük Komitəsinin Akademiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının tələbələri və 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllüləri iştirak etmişdir.

Həmçinin oxuyun

Hərbçimiz Ermənistanda həbs edildi

Fevralın 28-i səhər saatlarında Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində …