Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / Heydər Əliyevin məşhur cangüdəni dünyasını dəyişib

Heydər Əliyevin məşhur cangüdəni dünyasını dəyişib

Azərbaycanın eks-prezidenti Heydər Əliyevin məşhur cangüdəni Aleksandr İvanov dünyasını vaxtsız dəyişib.

Təcrübəli xüsusi xidmət orqanları əməkdaşı olan Aleksandr Alekseyeviç 1972-ci ildən dövlət təhlükəsizliyi sistemində çalışıb.

O, Azərbaycan DTK-sının beşinci şöbəsinin 9-cu bölməsində işləyib. Həmin şöbə Siyasi Büroya namizəd, MK-nın birinci katibi Heydər Əliyevin şəxsi təhlükəsizliyinin təminatı ilə məşğul idi.

Son zamanlar Aleksandr İvanov “İnterfaks-Azərbaycan” informasiya agentliyinə rəhbərlik edirdi.

Həmçinin oxuyun

Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı AÇIQLAMA

Rus sülhməramlıları Qarabağda sülhü qorumaq üçün hər şeyi edir. Bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu …