Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Heydər Əliyev Mərkəzi Ümumdünya Səhiyyə Təşkilatına dəstək verdi – FOTO

Heydər Əliyev Mərkəzi Ümumdünya Səhiyyə Təşkilatına dəstək verdi – FOTO

Aprelin 16-da Heydər Əliyev Mərkəzinin binası üzərinə Ümumdünya Səhiyyə Təşkilatının bayrağı videoproyeksiya olunub.

Bununla Azərbaycanın koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə beynəlxalq birliklə həmrəyliyi nümayiş olunub.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərər çəkən dövlətlərin bayraqları həmin ölkələrin musiqisinin müşayiəti ilə mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. İndiyədək koronavirus xəstəliyinin geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə, Böyük Britaniya, ABŞ, Gürcüstan və Avropa İttifaqının bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …