Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Aktual / Heydər Əliyev Fəxri Xiyabanda – Video

Heydər Əliyev Fəxri Xiyabanda – Video

Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, anım mərasimində DTX rəisi general-polkovnik Mədət Quliyev, xidmətin əməkdaşları, veteranlar və müvafiq hərbi hissənin zabit və əsgər heyəti ziyarətdə iştirak edib.

Onların arasında DTX-nın N saylı hərbi hissəsinin əsgəri, prezident İlham Əliyevin oğlu Heydər Əliyev də olub.

Xalqımızın liderinin məzarı önünə əklil qoyulub, xatirəsi yad edilib.

Daha sonra görkəmli oftalmoloq Zərifə Əliyevanın da məzarı ziyarət olunub.



Həmçinin oxuyun

Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

“Vüqar Səfərli işi” davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-nin …