Çərşənbə axşamı , Aprel 23 2019
Ana səhifə / Aktual / “Heydər Əliyev dünyaya gələndə biz 1.8 milyon idik” – Deputat yazdı

“Heydər Əliyev dünyaya gələndə biz 1.8 milyon idik” – Deputat yazdı

Azərbaycanlıların sayı – Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları (M.Rəsulzadə, F.Xoyski, Ə.Topçubaşov, N.Yusifbəyli və s.) dünyaya gələndə 1.4 milyon, Azərbaycan ictimai-mədəni təfəkkürünün inkişafının dahiləri (C.Məmmədquluzadə, Ü.Hacıbəyov, H.Cavid və s) dünyaya gələndə 1.5 milyon, 2-cü dünya müharibəsinin qəhrəmanları (H.Aslanov, M.Hüseynzadə və s.) dünyaya gələndə 2 milyon, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev dünyaya gələndə 1.8 milyon, Azərbaycan Prezidenti İlham Əliyev dünyaya gələndə 4 milyon, 1-ci vitse-prezident Mehriban xanım Əliyeva dünyaya gələndə 4.4 milyon, Qarabağ uğrunda gedən 1cü müharibənin qəhrəmanları dünyaya gələndə 5.5 milyon, Aprel döyüşlərinin qəhrəmanları dünyaya gələndə 7.5 milyon idik!Şərqdə ilk demokratik cümhuriyyət elan edəndə sayımız 1.9 milyon, 1991-ci ildə mütəqilliyimizi elan edəndə sayımız 7.2 milyon olub, hazırda güclü Azərbaycan quraraq sayımız 10 milyondur!Getdikcə güclənən Azərbaycan sayəsində biz daha çox və daha böyük olacağıq!Bu siyahını xeyli böyütmək mümkündür.
Amma bir fakt ortalıqdadır ki, biz sayımızdan asılı olmayaraq hər zaman tarix yazmışıq, dünyaya yaradıcı, qəhrəman, zəki, zərif və dahi şəxsiyyətlər bəxş etmişik!
Keçdiyimiz məşəqqətli tarixi çətinliklərə baxmayaraq bu şəxslərin və dövlətimizin sayəsində sayımız hər zaman artmış və biz hər zaman böyük xalq olmuşuq, gələcəkdə də öz sözümüzü hər yerdə deyəcəyik!
Tahir MİRKİŞİLİ,Millət vəkili

Həmçinin oxuyun

Poroşenkonun uduzmasına ABŞ-dan inanılmaz seyrçiliyin sirri – Zelenski Qüdsü İsrailin paytaxtı kimi tanıyacağına söz verib(?)

Avropanın ən böyük ölkəsi sayılan Ukrayna yeni dövrə qədəm qoyub. Baş tutan prezident seçkilərində qərbpərəst …