Şənbə , Yanvar 29 2022
Ana səhifə / Aktual / Helikopter qəzasında şəhid olan hərbçilərin vərəsələrinə veriləcək sığorta ödənişlərinin həcmi açıqlandı

Helikopter qəzasında şəhid olan hərbçilərin vərəsələrinə veriləcək sığorta ödənişlərinin həcmi açıqlandı

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin vərəsələrinə birdəfəlik 11 min manat sığorta ödənişi nəzərdə tutulur. Bunu Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin İcraçı direktoru Elmar Mirsalayev jurnalistlər açıqlamasında deyib.

O qeyd edib ki, qəza zamanı xəsarət almış hərbçilərimizin əlillik dərəcəsinə uyğun sığorta ödənişləri nəzərdə tutulur: “Birinci əlillik dərəcəsinə 8800 manat, ikinci əlillik dərəcəsinə 6600 manat və üçüncü əlillik dərəcəsinə 4400 manat birdəfəlik sığorta ödənişləri nəzərdə tutulur. Əgər əlillik yoxdursa xəsarət varsa, xəsarət iki kateqoriyadan ibarətdir. Ağır xəsarətə görə 2750 manat birdəfəlik sığorta ödənişi, yüngül xəsarətə görə 550 manat birdəfəlik sığorta ödənişi nəzərdə tutulur. Bu ödənişlər Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən həyata keçirilir”, – deyə E.Mirsalayev bildirib.

Həmçinin oxuyun

Prokurorluq məktəb direktorunun müəllimədən rüşvət tələb etməsi barədə səs yazısını araşdırır -(YENİLƏNİB)

Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın sosial şəbəkələrdə yayılan səs …