Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / “Heç nədən qorxan adam deyiləm” – Şeyxin qudası
1506085788_quda

“Heç nədən qorxan adam deyiləm” – Şeyxin qudası

“Mütəllibovun dövründə mənə 6 güllə dəyib. Elçibəyin dövründə 7 ay həbsdə yatmışam. İndi deyirlər ki, ölkədən qaçmışam?! Qorxaq adamları sevmirəm. Heç nədən də qorxan adam deyiləm”.
Bunu Modern.az-a açıqlamasında keçmiş deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası Qalib Salahzadə ölkəni tərk etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.
Qalib Salahzadə son zamanlar mətbuata verdiyi açıqlamalarla bağlı da danışıb: \”Bu günlərdə məni Kəbəyə qonaq çağırıblar. Müəyyən səbəblərə görə gedə bilmirəm. Oğlumun həbs məsələsinə başım qarışıb. Bu aralar çıxıb getsəm, deyəcəklər ki, ölkədən qaçıb. Son hadisələrdən çıxış edərək deyə bilərəm ki, şeyxlə dostluğumuz uzun illərə gedib çıxır. Şeyxlə quda olmazdan öncə, möhkəm dost idik. Ona görə də şeyxlə ciddi  problemim yoxdur. Haqqımda ürəkləri istəyəni danışanlar görünür, ya bizim dostluğumuzdan xəbərsizdirlər,  ya da bilərəkdən danışırlar. Mənim şeyxlə nə problemim ola bilər ki?! Heç vaxt şeyxlə münasibətim pis olmayıb və olmayacaq da”.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Hacı Qalib Salahzadə şeyxin oğlu Məhəmməd Paşazadənin ölkəni tərk etməsi barədə mətbuata açıqlama vermişdi

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın