Ana səhifə / Aktual / “Heç kimin həbs olunması məni sevindirmir, amma…”

“Heç kimin həbs olunması məni sevindirmir, amma…”

“Rza Rzayev məni söyüb, təhqir edib, vurub. Bütün bunları bağışlamaq olardı. Qızımı və anamı təhqir etməyini bağışlamadım. Bu gün Bakı Apellyasiya Məhkəməsi Rza Rzayev barədə iki il həbs, bacısı oğlu barədə şərti iş qərarı çıxardı”.
Bu barədə 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev feysbukda yazıb.
“Mən dəfələrlə qohumları, dostları vasitəsilə ona xəbər göndərmişəm ki, buyur, danışaq, bu iftiralar nə üçündür? O isə bu təşəbbüsləri qorxaqlıq kimi qiymətləndirib, bu barədə dostlarına müsahibələr də verib.
Heç kimin həbs olunması məni sevindirmir. Amma adam özü israrla bunu istəyirsə, heç nə edə bilməzsən.
O ki qaldı vətənpərvərliyinə, türksevərliyinə… Vətənpərvər adam Ermənistan vətəndaşlığını qəbul etmək istəyi ilə məhkəməni şantaj etməz. Nə biləsən, bəlkə, həqiqətən, istəyir”, – deyə o qeyd edib.
Xatırladaq ki, Tural Mirzəliyevlə məşhur aktyor Rza Rzayev arasında mübahisə yaşanıb. Rza Rzayevin Tural Mirzəliyevə xəsarət yetirdiyi bildirilir.
Qeyd edək ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə Rza Rzayev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinib, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …