Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Aktual / Heç kimə “Azəriqaz”ı ləkələmək hüququ verilməyib

Heç kimə “Azəriqaz”ı ləkələmək hüququ verilməyib

Yadımdadır, o qədər də uzaq olmayan sovet dönəmində insanlar məmurlara qara yaxmaq üçün tez-tez anonim məktublarla müxtəlif qurumlara müraciət edirdilər. Yazdı, poçt qutusuna atdı, vəssəlam. Bundan sonra məmur uzun müddət özünün ümumiyyətlə dəvə olmadığını sübut etməli idi. Bu gün anonim yazanlar yoxdur, amma necə deyərlər, müqəddəs yer, boş qalmır. Sosial şəbəkələr – bu, hər cür qorxaq və “fəzilət sahibləri” üçün geniş bir meydandır.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsindən virtualaz.org-a verilən məlumata görə, son günlər bir sıra İnternet resursları və bəzi sosial şəbəkələr bu qurumun rəhbərliyinə qarşı ittihamlarla doludur. Əvvəllər qaz kəmərlərinin Ağdaş hissəsinin müdiri işləmiş Müşviq Güləliyev “Azəriqaz” İB-nin baş direktor müavini Ziyad Cəlilovu korrupsiya əməllərində suçlayır. Və iddia edir ki, əlində müdir müavinini korrupsiyada ifşa edəcək çoxlu fakt var.

Doğrudur, bu həqiqət axtaran, hətta dəstəyinə bel bağladığı adamlardan-sosial şəbəkə istifadəçilərindən də layiqli cavab alır. Facebook istifadəçilərindən yalnız bir neçəsinin yazdıqlarına istinad etmək kifayətdir. Onlardan biri yazır: “Nə tez yadına düşdü. Ziyad müəllim artıq yeddi ildir “Azəriqaz” dan ayrılıb. Kişiyə boş yerə niyə çamur atırsan?”.

Digəri isə müəllifin özünün mahiyyətini ortaya qoyur: “Muşviq işçiləri təhqir edirdi, onlarla söhbəti söyüşsüz keçmirdi. Bu haqda Xəzər rayonunda hamı bilirdi”.

Bəli, belə şərhlər heç də az olmur. Amma onlar nədənsə tezliklə yox olurlar. Bunu kim və niyə edir, demək çətindir. Amma Birlikdə çox işçilər təsdiq edirlər ki, Muşviq və Ziyad yaxın qohumdurlar. Onlar əlavə edirlər ki, Güləliyevin qeyri-peşəkarlığı onun yüksək vəzifəli qohumuna tez-tez başağrısı gətirib. Onu hara təyin etmələrindəndən asılı olmayaraq, Muşviq daim ciddi tənqidlərə məruz qalırdı…

Və ən əsası, nə o, nə də bu biri bu qurumda işləmir. “Həqiqətən bu insanların bizimlə heç bir əlaqəsi yoxdur. Ancaq nədənsə bizi məcbur edirlər ki, bəzi məqamlara reaksiya verək”, – deyə şöbə müdiri Ceyhun Səfərov bildirir.

Onun sözlərinə görə, Cəlilov 2009-cu ildən baş direktorun ümumi məsələlər üzrə müavini vəzifəsində çalışıb, lakin 2014-cü ildə öz istəyi ilə istefa verib.

Elə həmin 2009-cu ildə işə başlayan Güləliyev isə 2015-ci ildə struktur islahatları nəticəsində Qaradağ rayonunun qaz istismarı bölməsinin rəisi vəzifəsindən azad edilib. Və bu məsələ niyə indi ortaya çıxıb, aydın deyil. Axı, Güləliyev kifayət qədər faktlara malik idisə, qohumuna ədalətli cəza verilməsini vaxtında tələb edə bilərdi. Onun uzun müddət susması yalnız şəxsi qərəzçiliyin mövcud olması ilə izah edilə bilər. Eyni zamanda, onun emosiyalarının indiki partlayışı “Azəriqaz” haqqında ictimaiyyətdə yanlış fikrin formalaşmasına imkan yaradır.

Sonda C.Səfərov xəbərdarlıq edib ki, İstehsalat Birliyi gələcəkdə “münasibətlərin bu cür aydınlaşdırılması” cəhdlərinə hüquqi müstəvidə cavab verəcək. Çünki Birliklə əlaqəsi olmayan şəxslərin bu cür “razborkası” strukturun işgüzar imicinə xələl gətirir. “Məlumat azadlığı haqqında” Qanunun 2-ci maddəsinə görə, məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin maraqlarının pozulmasına səbəb olmamalıdır. Eyni qanunun 5-ci maddəsində isə deyilir ki, məlumat obyektiv, tam və düzgün olmalıdır. Bütün bunlar İstehsalat Birliyinə, o cür insanlara və onların yoxlanmamış fikirlərini yayan müxtəlif media qurumlarına qarşı məhkəmə vasitəsilə lazımi tədbirlər görmək üçün əsas verir. Heç kim onlara “Azəriqaz” İstehsalat Birliyinin adını hallandırmaq hüququ verməyib.

Həmçinin oxuyun

Bərdəyə raket atəşi nəticəsində yaralananların vəziyyəti ağırdır

Bu gün günorta saatlarında Bərdə rayonuna atılan raket atəşi nəticəsində xeyli sayda mülki vətəndaşımız xəsarət …