Ana səhifə / Aktual / Hayların Laçındakı qanunsuz kilsələrindəki son tədbirlərindən video-görüntülər yayıldı…-VİDEO

Hayların Laçındakı qanunsuz kilsələrindəki son tədbirlərindən video-görüntülər yayıldı…-VİDEO

Dünən – avqustun 18-də Laçında qanunsuz məskunlaşmış ermənilər işğal dövründə  şəhər ərazisində qeyri-qanuni olaraq tikilmiş kilsələrində, çox güman ki, sonuncu dəfə üzdəniraq dini mərasimlərini keçiriblər.

Azinforum.az xəbər verir ki, bu haqda məlumat və görüntülər  Xankəndindəki separatçı nəşrlərdə və sosial şəbəkələrin erməni seqmentində yayılıb.

Saat 11:00-da başlanmış mərasimə erməni kilsəsinin Qarabağ üzrə baş keşişi Vrtanes Abramyan və qondarma “Kaşataq rayonu”nun keşişi Benyamin Saturyan rəhbərlik edib. 

Segey Şahverdiyan adlı istifadəçi paylaşımında bildirib ki, Laçındakı “Müqəddəs Merac” kilsəsində erməni əhalisinin “deportasiyası”ndan əvvəl sonuncu liturgiyada separatçı rejim rəhbərliyindən heç kəs iştirak etməyib. “Və yalnız ziyarətçilər sakitcə yas tutub və duaya təslim olublar”.

Video-görüntünü rusca şərh edən şəxs bildirir ki, “Qarabağdakı hay katolikosununun göstərişinə əsasən Laçından çıxan ermənilər kilsənin üzərindəki xaçları sökməyəcək və içəridəki heç nəyi aparmayacaqlar…. Əldə etdiyimiz məlumata görə, Laçındakı erməni kilsəsi 1996-1998-ci illərdə qanunsuz olaraq yerli sakin, Azərbaycan vətəndaşı  Qubad İbrahimova məxsus evin yerində tikilib. Bu arada Laçındakı qanunsuz məskunlaşmış ermənilərin “meri” Narek Aleksanyan Azərbaycan ordusunun 44 günlük müzəffər savaşından sonra  şəhərdə qalmış 161 ermənidən(yaxud 70 ailə) artıq yarısının, yəni təxminən 80 nəfərinin şəhəri tərk etdiyini bildirib.https://vk.com/video_ext.php?oid=-17452458&id=456250681&hash=0a9b19ea33092abbhttps://www.youtube.com/embed/IJk-oz8QbUM

Həmçinin oxuyun

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı

Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının rayon polis idarəsinə müraciəti əsasında sosial şəbəkələrdə onları təhqir …