Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / “Haylar, Azərbaycanın sizin cır-cındırınıza ehtiyacı yoxdur” – Video

“Haylar, Azərbaycanın sizin cır-cındırınıza ehtiyacı yoxdur” – Video

30 il əvvəl özlərini torpaqlarımıza pərçim edən, azərbaycanlıların mal-mülkünə, var-dövlətinə yiyə çıxan ermənilər hikkələrini daşa-divara, yola, torpağa tökürlər. Torpaqlarımızda qanunsuz məskunlaşmış dığalar ərazilərimizi yanğınlar törədərək tərk edirlər.

“Qafqazinfo” xəbər verir ki, AzTV bununla bağlı süjet hazırlayıb.Learn More

Süjetdə qeyd olunur ki, bu onların ilk barbarlığı deyil, oxşar mənzərəni 2020-ci ildə Ağdam və Kəlbəcərdən çıxanda da görmüşdük. O zaman da apara bildiklərini aparır, bilmədiklərini od vurub yandırır, meşələri qırır, torpağın canına minalar vurur, insanlığa layiq olmadıqlarını bütün dünyaya bəlli edirdilər.

Süjetdə bildirilir ki, ermənilər onsuz da bu 30 ildə tikan üstündə oturmuşdular, bilirdilər ki, gec-tez bu torpaqların əsl sahibləri gələcək. İndi də ürəklərini soyutmaq üçün Laçından çıxarkən türklərə qalmasın deyə olan-qalan hər şeyə od vururlar: “Yandırın, dağıdın, haylar, bu bədnamlığınız nə bizi, nə də dünyanı təəccübləndirir. Çünki bu sizin xislətinizdir, siz dağıtmaq, talamaq, viran qoymaq üçün gəlmisiniz bu dünyaya. Unutmayın, Azərbaycanın sizin cır-cındırınıza ehtiyacı yoxdur. Sizin artığınız bizə lazım deyil, artıq yeyən hər zaman siz olmusunuz.

…Təki murdar ayaqlarınızı sürüyüb gedin bu müqəddəs yerlərdən! Gerisindən narahat olmayın. Əgər nigaran qalsanız, heç olmasa son dəfə gözlərinizi geniş açıb Şuşaya, Füzuliyə, Zəngilanda qısa müddətdə ucalan Ağalıya, onun imarətlərinə baxın. Bunu da Azərbaycan öz gücünə edib, heç kimdən kömək ummadan…”

Həmin süjeti təqdim edirik:


Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …