Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Harri Kasparov peşəkar karyerasını bərpa edir

Harri Kasparov peşəkar karyerasını bərpa edir

Şahmat üzrə sabiq dünya çempionu Harri Kasparov peşəkar karyerasını bərpa edir.

“Report”un “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, 54 yaşlı qrossmeyster bu gün ABŞ-ın Sent-Luis şəhərində təşkil olunacaq “Sinquefield Cup”da iştirak edəcək.

Sürətli şahmat və blits turnirinin təşkilatçıları bunun üçün H.Kasparova “vayld-kart” – xüsusi dəvət göndəriblər. Çünki 12 il əvvəl peşəkar idmandan gedəndən sonra onun təsnifat mərhələsində iştirak etmək imkanı olmayıb.

İlk görüşünü rusiyalı Sergey Karyakinə qarşı keçirəcək təcrübəli qrossmeyster ümumilkdə 9 rəqiblə qarşılaşacaq.

Qeyd edək ki, 1963-cü ildə Bakıda anadan olan Harri Kasparov Ümumdünya Şahmat olimpiadalarının 8 qat qalibi, 11 şahmat “Oskar”ının sahibidir. O, 2005-ci ildə özünü siyasi fəaliyyətə həsr etmək üçün şahmatçı karyerasını başa vurub və bir sıra müxalif hərəkatların sıralarına qatılıb.

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …

Bir cavab yazın