Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Hansı türk məşhurlar müğənnilərimizi izləyir? – Fotolar

Hansı türk məşhurlar müğənnilərimizi izləyir? – Fotolar

Primetime.az azərbaycanlı məşhurları instaqramda izləyən türkiyəli tanınmışların siyahısını hazırlayıb.  “Qafqazinfo” həmin siyahını təqdim edir:

Röya Ayxanı Türkiyənin tanınmış müğənniləri Gülşen, Hande Yener, Soner Sarıkabadayı, Bengü, Işın Karaca, Merve Özbey, məşhur aranjimançı Ozan Çolakoğlu, radio aparıcı Yasemin Şefik, Orhan Gencebayın həyat yoldaşı, köşe yazarı Sevim Emre, video -bloqer Halil Söyletmez və rejissor Nihat Odabaşı izləyir.

Röya bu məşhurların yarısından çoxunu qarşılıqlı olaraq izləsə də, Bengü, Merve Özbey, Ozan Çolakoğlu, Yasemin Şefik və Işın Karaca bu siyahıdan kənarda qalıb.

Türkiyənin tanınmış pop ulduzu Murat Dalkılıç bizim ulduzlardan yalnız Aysel Əlizadəni və onun köməkçisi Leyman Tağıyevanı izləyir.

Bir çox məşhur kliplərin müəllifi Nihat Odabaşı Röyadan başqa yerli ifaçılardan Nigar Camal və Xəyyam Nisanovu “follow” edib.

Bu yaxınlarda “Səndən bir dənədir” hitini İrem Derici ilə səsləndirən müğənni Sinan Akçılın siyahısında isə yalnız Miri Yusif var.

“Bu gün ne giysem?” və “İşte benim stilim” proqramlarındakı münsifliyi ilə yadda qalan modelyer Hakan Akkaya yerli məşhurlardan prodüser Tarix Əliyev və populyar müğənni Zamiq Hüseynovun izindədir.

İstedadlı aktrisa Sinem Kobalın və uzun müddət Bakıda yaşayan Türkiyənin internet fenomeni Kerimcan Durmazın siyahısında isə stilist Anar Ağakişiyev yeganə azərbaycanlı tanınmışdır.

Berksan Nigar Camalı izləməyini normal qarşılasaq da, siyahısında Namiq Qaraçuxurlunu görməyimiz bizi çaşdırdı.

Rejissor Kemal Başbuğ isə stilist Elnur Həsənov və prodüser Təranə Səmədovanı izləməyi daha üstün tutub.

MC Muradın “Kalabalık” adlı mahnısını albomuna daxil edən Funda Arar onu “instagram”da da izləməkdən yan keçməyib.

Mustafa Ceceli və Fəxriyyə Xələfovanı nəyin birləşdirdiyini bilməsək də, müğənninin “instagram” hesabında izlədiyi tək azərbaycanlı tanınmış odur.

Həmçinin oxuyun

Bakı metrosunda qatar TÜSTÜLƏNDİ

Bu gün günorta saatlarında  “Bakı Metropoliteni”QSC-nin “Gənclik” stansiyasında həyəcanlı anlar yaşanıb. Sərnişinlərin Modern.az-a verdiyi məlumata görə, …

Bir cavab yazın