Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Aktual / Hansı mikro sahibkara nə qədər pul ödəniləcək? (EKSPERT)

Hansı mikro sahibkara nə qədər pul ödəniləcək? (EKSPERT)

“Fərdi (mikro) sahibkarlara orta hesabla 266 manat ödəniləcək”.
Bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, bu, 2019-cu ildə vergiləri, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirən 300 min sahibkara nəsib olacaq:
“600 minə qədər sahibkar dövlətin dəstək proqramından kənarda qalacaq. Nazirlər Kabinetinin Tədbirlər Planının 3-cü bəndində göstərilir ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 300 min fərdi (mikro) sahibkara maliyyə dəstəyinin göstərilməsi üçün 80 milyon manat ayrılıb. Bu o deməkdir ki, 1 fərdi (mikro) sahibkara orta hesabla 266,6 manat pul veriləcək. İş yerlərinin azaldılmaması məqsədilə həyata keçiriləcək bu tədbirin icrası zamanı 2019-cu ildə vergiləri, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişləri əsas meyar kimi götürüləcək. Burda diqqəti 2 məqama cəlb etmək istərdim.Birincisi, sahibkarala ödəniləcək dəstəyin orta məbləği 1 aylıq orta aylıq əmək haqqının yarısı qədərdir. Bu, onlara dəyən zərərin örtülməsi üçün əhəmiyyətli maliyyə mənbəyi ola bilməz.
İkincisi, hətta bu kiçik məbləği ayırarkən hakimiyyət fərdi (mikro) sahibkarlar arasından fərq qoyur. Belə ki, bu dəstək də yalnız 2019-cu ildə vergiləri, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirənlərə şamil olunacaq. Elə bil ki, hökümət yardım deyil, kredit verir, bank kimi qərar verəndə müştərinin borc tarixini əsas götürür”.
Qubad İbadoğlu bildirib ki, hazırkı böhran dövründə belə yanaşma qəbul olunmazdır: 
“Məhz bu yanaşma nəticəsində 600 minə qədər fərdi sahibkar dəstək proqramından kənarda qalır. Belə ki, ötən ilin iyul ayının 1-nə olan məlumata görə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 880 mini keçib”.

Həmçinin oxuyun

Bərdəyə raket atəşi nəticəsində yaralananların vəziyyəti ağırdır

Bu gün günorta saatlarında Bərdə rayonuna atılan raket atəşi nəticəsində xeyli sayda mülki vətəndaşımız xəsarət …