Cümə , Oktyabr 23 2020
Ana səhifə / Aktual / Hamıya 500 manat mükafat verilsə də, onlara 200 verilib… – Prorektor səbəbi açıqladı

Hamıya 500 manat mükafat verilsə də, onlara 200 verilib… – Prorektor səbəbi açıqladı

Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar bütün əməkdaşlara 500 manat mükafat verilib. Bu barədə BDU-nun Elmi Şurasının noyabrın 15-də keçirilən iclasında qərar verilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, BDU nəzdində fəaliyyət göstərən üç qurumda bu qərar tam tətbiq edilməyib.

Belə ki, Gənc İstedadlılar Liseyi, Fiziki Problemləri İnstitutu və Tətbiqi-Riyaziyyat İnstitutunun əməkdaşlarına 200 manat mükafat verilib. Eyni zamanda, ötən ay BDU işçilərinin maaşı 20 faiz artırılsa da, bu qərar adıçəkilən üç qurumdan yan keçib.

BDU-nun sosial məsələlər, tələbələrlə iş və İctimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, mükafatlar Elmi Şuranın qərarına uyğun olaraq ödənilib: “Bununla yanaşı Elmi Şurada BDU-nun nəzdində müstəqil olaraq fəaliyyət göstərən və dövlət büdcəsindən maliyyələşdirilən Gənc İstedadlılar Liseyi, Fizika Problemləri və Tətbiqi-Riyaziyyat Elmi-Tədqiqat İnstitutlarının əməkdaşlarına da Universitet büdcəsindən əlavə olaraq 200 manat məbləğində birdəfəlik mükafat verilməsi barədə də qərar qəbul olunub. Eyni zamanda bildiririk ki, 20 faizlik maaş artımı da Universitet büdcəsindən maliyyələşən strukturlara aiddir. Elmi Şuranın qərarı tam həyata keçirilib”.

Həmçinin oxuyun

Ərdoğan işğala məruz qalanla işğalçını ayırd etməyin vacibliyini Ruhaninin diqqətinə çatdırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. “Anadolu” …