Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Aktual / “Hamiləlikdən öncə yaxşı olardı ki, qadınlarımız tibbi müayinədən keçsinlər”

“Hamiləlikdən öncə yaxşı olardı ki, qadınlarımız tibbi müayinədən keçsinlər”

Ötən il Azərbaycanda ana ölümlərinin səviyyəsi 2016-cı illə müqayisədə 5,8 faiz artıb. Ana ölümünün səviyyəsi 2017-ci ildə əvvəlki illə müqayisədə şəhər yerlərində 1,4 dəfə azalıb, kənd yerlərində isə 1,4 dəfə artıb. 2017-ci ildə ölkədə ümumilikdə hər 100 000 diri doğulana düşən ana ölümü göstəricisi 14,6 faiz olub ki, bu göstərici 2016-cı ildə 13,8 faiz olub. Keçən il şəhər yerlərində hər 100 000 nəfərə diri doğulana düşən ana ölümü göstəricisi 11,5, kənd yerlərində isə 17,4 faiz olub. Bu göstəricilər 2016-cı ildə müvafiq olaraq 15,6 və 12,1 faiz olub. 2017-ci ildə hər 1000 diri doğulana düşən körpə ölümü göstəricisi qızlar arasında 9,7 (2016-cı ildə 9,7), oğlanlar arasında 12,3 (2016-cı ildə 12,8) olub. Bütövlükdə oğlan uşaqları arasında ölüm səviyyəsi qız uşaqlarına nisbətən daha yüksəkdir.
Professor Adil Qeybulla Moderator.az -a açıqlamasında bildirdi ki, ana ölümlərinin qarşısını almaq üçün kompleks tədbirlər görülməlidir:
“Ana ölümlərinin artmasını il üzrə hamiləlik sayına nisbətdə götürmək lazımdır. Amma digər tərəfdən də ana və uşaq ölümlərinin səbəbləri müxtəlif ola bilər. Bununla bağlı həmişə həkimləri ittiham edirlər, amma əslində belə deyil. Birincisi hamiləliklərin çoxusu problemli olur. Ona görə də hamilə qalmazdan əvvəl qadınlar buna hazırlaşmalıdırlar, yəni hamiləlik planlı olmalıdır, yoxlanılmalıdır. Yoxsa ki, təsadüfi hamiləliklərin hamısı problemli olur. Bir də görürsən böyrəklərində problem olan bir qadın hamilə qalır və doğuş zamanı ciddi problemlər yaranır. Hamiləlik çox ciddi problemdir. İndi insanlarımızın immunitet sistemi zəifdir, qidalar da elə keyfiyyətli deyil. Ona görə də hamiləlikdən öncə yaxşı olardı ki, qadınlarımız tibbi müayinədən keçsinlər və hamiləlik dövrü ərzində də həkim nəzarətində olsunlar. Bu halda biz ana ölümlərinin qarşısını ala bilərik. Təbii ki, burda həkim səhlənkarlıqları da var. Bunun üçün kompleks tədbirlər görülməlidir. Dünyanın hər yerində hamilə qadınlar protokol üzrə müşahidə altında saxlanılır. Bu bizdə də belə olmalıdır”.

Həmçinin oxuyun

Təhsil Nazirliyinə yeni şöbə müdiri təyin olub

Təhsil Nazirliyində yeni kadr təyinatı olub “Report”un əldə etdiyi məlumata görə, təhsil naziri Ceyhun Bayramovun …