Cümə , İyul 19 2019
Ana səhifə / Aktual / Hakim və müstəntiqlərə rüşvət paylayan vəkil Elvira Salmanova Azərbaycana qaçdı

Hakim və müstəntiqlərə rüşvət paylayan vəkil Elvira Salmanova Azərbaycana qaçdı

Rusiyanın Sverdlovsk vilayətinin hüquq-mühafizə orqanları baş prokuror Yuri Çaykanın Yekaterinburq şəhərinə gəlişi ərəfəsində böyük qalmaqalla üzləşib.

Virtualaz.org saytı xəbər verir ki, yerli prokurorlara, hakimlərə və polis müstəntiqlərinə rüşvət verilməsinə dair istintaqı davam edən cinayət  işində əsas fiqur olan azərbaycanlı vəkil Elvira Salmanova ev dustaqlığından qaçıb.

UralPolit.ru saytının yazdığına görə, baş prokuror Yuri Çaykanın şəxsi nəzarətində olan bu cinayət işi üzrə istintaqda ona qarşı irəli sürülmüş ittihamları qəbul edən və kimlərə nə qədər rüşvət payladığını açıqlayan vəkilin Rusiyanı tərk edərək Azərbaycana qaçdığı bildirilir. Bu haqda həmin cinayət işinin istintaqına yaxın mənbə bildirib.

Vəkil Elvira Salmanova bu ilin iyul ayında Rusiya Federal Təhlükəsizlik Xidməti Sverdlovsk vilayət idarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı polis müstəntiqinə narkotik alverində ittiham edilən müştərisinin anasının adından 50 min rubl rüşvət verərkən yaxalanıb.

Məlum olub ki, tərəflər bu işi 300 min rubla həll etməyə razılaşıblar və vəkil rüşvətin birinci partiyasını müstəntiqə verərkən xüsusi xidmət əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılandan dərhal sonra Salmanova istintaqla əməkdaşlığa gedib və Sverdlovsk vilayətində hansı hakimə, prokurora və müstəntiqə nə qədər rüşvət verdiyini ifadəsində ətraflı göstərib. Həmçinin o, başqa vəkillərin də hakimlərə, prokurorlara və müstəntiqlərə rüşvət verdiyini göstərən sxemi açıb. Bu iş dərhal geniş rezonans doğurub və baş prokuror Yuri Çayka cinayət işinin istintaqını şəxsi nəzarətinə götürüb.

Sabah oktyabrın 15-də Yuri Çaykanın Yekaterinburqa gəlişi gözlənilirdi. Ancaq yerli hüquq-mühafizə orqanlarında dəhşət hissi ilə bildirirlər ki, bu ilin yayından ev dustaqlığında olan Elvira Salmanova yoxa çıxıb.

“O, qolundakı elektron qolbağı söndürüb və Rusiya ərazisini tərk edib, hazırda Azərbaycandadır”- deyə istintaqla tanış olan mənbə bildirib.

Salmanovanın qaçdığı barədə söz-söhbətlər Sverdlovsk vilayətinin polis rəisinin yanında və İstintaq Komitəsində də gedir. Hərçənd ki, hələlik bu məlumat rəsmən təsdiqlənmir.

“Çaykanın gəlişi ərəfəsində bu, ciddi qalmaqaldır. Kimlərinsə poqonları uçacaq”- deyə mənbə bildirib.

Sverdlovsk vilayəti üzrə İstintaq idarəsinin rəhbərinin baş köməkçisi Aleksandra Şulqa Elvira Salmanovanın barəsində yayılan xəbəri şərh etməkdən imtina edib. Sayt vəkilin telefonuna da zəng edib, ancaq telefon bağlı olub.

Bununla belə sayt vəkilin əri Mixaillə danışa bilib. O bildirib ki, Elviranın qaçması barədə şaiyələri yayan adamların “sifətinə tüpürmək lazımdır”.

“Bilmirəm bu şayiələr haradan qaynaqlanır. Onun anası bizə gəlib gedəndən sonra Elviranın guya qolbağı çıxardaraq qaçdığı haqda xəbər yayıblar. Bu, belə deyil, görünür, kimlərəsə bu lazımdır”– Mixail deyib.

Lakin Mixail Elvira Salmanovanın hazırda Yekaterinburqda olduğuna dair sübutları təqdim etməkdən və telefonun dəstəyini ona verməkdən imtina edib.

 

Həmçinin oxuyun

“Neftçi” Moldova klubunu darmadağın etdi

“Neftçi” UEFA Avropa Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb. Paytaxt təmsilçisi buna Moldova “Sperantsa”sını I …

Bir cavab yazın