Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Aktual / Hakim Bağır oğlu Səmədov İrlandiya vətəndaşı ilə əlbir oldu və…

Hakim Bağır oğlu Səmədov İrlandiya vətəndaşı ilə əlbir oldu və…

Ukraynanın Antiinhisar Komitəsi “Smelyansk Elektromexanika Zavodu” Elm-İstehsalat Birliyini və “Privod” elmi-texniki mərkəzi” MMC-ni dövlət dəmiryollarına aid lokomotivlərin təmiri ilə bağlı keçirilmiş tenderlərdə əlbir olduqları üçün 7 milyon qriven cərimələyib.

Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu müəssisələr cəmi 7 tenderdə əlbir olublar, nəticədə onlara 4.7 milyon və 2.4 milyon qriven olmaqla cərimə cəzası tətbiq edilib.

Antiinhisar Komitəsi araşdırmanı Çerkassk vilayəti hüquq-mühafizə orqanları ilə birlikdə aparıb. Dövlət Reyestrinin məlumatına görə, “Smelyansk Elektromexanika Zavodu”nun benefisiarı İrlandiya vətəndaşı Sergey Kubraksdır. “Privod” müəssisəsinin sahibi isə Azərbaycan vətəndaşı Hakim Bağır oğlu Səmədovdur.

Həmçinin oxuyun

“Cəbhədə vəziyyət gərginləşməkdə davam edəcək” – Deputat

“Belə görünür ki, cəbhədə vəziyyət gərginləşməkdə davam edəcək və bunda da Ermənistan tərəfi maraqlıdır”.  Bunu …