Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Hakim Əfqan Hacıyev: “Vidadi Muradov polis nəzarətinə verilib, məsuliyyətdən azad edilməyib”

Hakim Əfqan Hacıyev: “Vidadi Muradov polis nəzarətinə verilib, məsuliyyətdən azad edilməyib”

Xəbər verdiyimiz kimi, “Azərxalça”nın sabiq rəhbəri Vidadi Muradovun həbs qətimkan tədbiri məhkəmə tərəfindən dəyişdirilərək müalicəsi üçün şərait yaradılıb. Ədliyyə Nazirliyinin Penitesionar Xidmətinin yaydığı açıqlamada deyilirdi ki, V.Muradovun xəstəliyi nəzərə alınaraq onun barəsində bu cür humanist qərar çıxarılıb.

KİV-lər isə bu qərarı Vidadi Muradovun azadlığa çıxması, yaxud məsuliyyətdən azad olunması kimi yozmağa başlayıblar.

Bununla bağlı  Bakı Ağır Cinayətlər Məhkəməsinin spiker-hakimi, həmin iş üzrə məhkəmə iclasında sədrlik edən Əfqan Hacıyev virtualaz.org-un sorğusuna cavab olaraq bildirib ki, vəzifə cinayətlərinə görə, belə ki, Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan “Azərxalça”nın sabiq rəhbəri Vidadi Muradovun onkoloji xəstə olduğu üçün müalicəyə ehtiyacı nəzərə alınaraq məhkəmənin hazırlıq iclasında barəsində həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbirinə dəyişdirilib.

“Qətimkan tədbirinin dəyişdirilməsi onu məsuliyyətdən azad etmir və işin mahiyyətinə heç bir təsir göstərmir. V.Muradovun cinayət işinə məhkəmə tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq”, – hakim bildirib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …