Bazar ertəsi , May 27 2019
Ana səhifə / Aktual / ““Hafka”nı söyməmişəm” – Heydər Əliyevin eks-cangüdəni

““Hafka”nı söyməmişəm” – Heydər Əliyevin eks-cangüdəni

Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətova xəsarət yetirməkdə və əməliyyat üzrə rəis müavini, polis zabiti Orxan Axundzadəni güllələyib öldürməyə cəhddə təqsirləndirilən dəstə üzvləri – Kazım Abbasov, Ramal Ağayev, Məhəmməd İsmayılov və Emin Həsənovun məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə təqsirləndirilən şəxslərdən birinin vəkili Adəm Məmmədov çıxış edərək jurnalistlərin zaldan çıxarılmasını istəyib. Hakim isə prosesin açıq olduğunu bildirib.

Daha sonra prokuror ittiham aktını elan edib. R.Ağayev özünü təqsirli bilməyib, digərləri isə özlərini qismən təqsirli bildiklərini deyiblər.

Zərərçəkmiş Müşfiq Mədətov ifadə verərək onları tanımadığını deyib: “Mən kafedə olarkən heç bir səbəb olmadan 4-5 nəfər üstümə hücum edib məni vurdular, divana uzandım. Yanımdakı dostlarım davaya müdaxilə etmədi. İndi onlardan hər hansı tələb və şikayətim yoxdur”.

İttihama görə, hadisəyə səbəb kimi M.Mədətovun kafedə “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun ünvanına söyüş söyməsi olub.

Amma Mədətov bunu təkzib edib: “Mən Hafiz Məmmədovu söyməmişəm. Emin mənə zəng edib belə dedi, mən isə dedim görüşüb danışarıq”.

Xatırladaq ki, Emin Həsənov “Hafka”ya məxsus “Baghlan Group” şirkətində mühafizəçi işləyib.

Qeyd edək ki, M.Mədətovla dəstə üzvləri arasındakı insidentə səbəb söyüş olub. Adı çəkilən şəxslər Müşfiq Mədətovla bir məclisdə olublar. Həmin məclisdə onlarla Mədətov arasında münaqişə baş verib. Daha sonra tərəflər görüşmək qərarına gəliblər. Görüş zamanı qarşı tərəf bıçağın tiyəsi ilə Müşfiqin başına 3-4 dəfə zərbə vurub. Onları saxlamaq üçün gedən polis polkovniki Orxan Abdullazadəyə isə atəş açıb yaralarayaq hadisə yerindən qaçıblar.

Qeyd edək ki, Orxan Axundzadəni güllələyən şəxslərin olduğu  90-LT-997 dövlət nömrə nişanlı “Lexus” markalı maşın “Hafka” ləqəbli Hafiz Məmmədovun ortağı Azad Abdullayevin oğlu Rüfətə məxsusdur.

Həmçinin oxuyun

Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası: nazir yerində yoxdur – Video

2 Saylı Uşaq Xəstəxanasında 7 aylıq körpəsi ölən Abdullayevlər ailəsi Səhiyyə Nazirliyinin binası qarşısında aksiya …