Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Hafiz Hacıyevdən xanım jurnalistə təzyiqə sərt reaksiya: “Axırı Yediyarov kimi olacaq”

Hafiz Hacıyevdən xanım jurnalistə təzyiqə sərt reaksiya: “Axırı Yediyarov kimi olacaq”

“Bu gün ölkədə harın məmurların iç üzünü göstərən xanım jurnalistə polisin qarşısında əl qaldırılırsa, heç yaxşı hal deyil”, bu birbaşa Azərbaycan polisinə əl qaldırmaq deməkdir.
Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev jurnalist Arifə Əliyevaya nəşriyyatın binasında Əli adlı şəxs tərəfindən hücum olunması ilə bağlı danışarkən deyib. 
Partiya sədri bildirib ki, bu hal Azərbaycan nəşriyyatında baş verirsə, ikiqat yolverilməz hadisədir: “Gədəbəyin keçmiş icra başçısı Ramiz Yediyarovun əməllərini  elə Prezident seçkiləri zaman canlı debatlarda onun rayonda sahibkarları necə incitdiyini   medya vasitəsilə Cənab Prezidentin diqqətinə  mən çatdırmışam. İndi Gədəbəy təhsil şöbəsi müdiri görün nə qədər harınlayıb ki, nəşriyyata “killer” göndərir. Yəqin o da qorxur ki, axırı Yediyarov kimi olacaq”.
H.Hacıyev qeyd edib ki, kiçik qudurğan məmurlar belə işlər edirlər və prezidentin qəzəbindən qorxmalıdırlar: “Onlar yığıb oğurladıqları pulları yeyə bilməyəcəkləri üçün qorxurlar. Hazırda səhhətimlə əlaqədar ölkədə deyiləm, qayıdan kimi xanım jurnalistə hücum olunması ilə bağlı Prezident Administrasiyasına müraciət edəcəyəm. Eyni zamanda təhsil nazirinə də müraciət edəcəyəm”. 
Qeyd edək ki, Gədəbəyin keçmiş icra başçısı Ramiz Yediyarovla bağlı gedən yazıya görə 3 gündür hədə-qorxu, təhqirlə üzləşən Reportyor.info-nun baş redaktoru Arifə Əliyevaya hücum olub. Xanım jurnalistə bildirb ki, ona zəng edərək yazının silinməsi tələb olunurdu və əks halda küçədə öldürəcəkləri ilə hədələyirdilər.(Reportyor.info)

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …