Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Hafiz Hacıyevdən İlqar Məmmədova reaksiya: “İnanıram ki, bundan sonra dövlət, xalq naminə çalışacaq”

Hafiz Hacıyevdən İlqar Məmmədova reaksiya: “İnanıram ki, bundan sonra dövlət, xalq naminə çalışacaq”

REAL Partiyasının sədri İlqar Məmmədov 5 il 6 aydan sonra bu gün azadlığa buraxılıb.
Müasir Müsavat Partiayasının sədri Hafiz Hacıyev İlqar Məmmədovun azadlığa çıxmağı müsbət hadisə kimi dəyərləndirib:
“Buna görə Azərbaycan qınaq obyektinə tuş gəlmişdi. Çox sayda beynəlxalq təşkilat Azərbaycanı İlqar Məmmədovun həbsinə görə qınayırdı, sanksiya ilə hədələyirdilər. İlqar Məmmədovu azadlığa çıxması münasibəti ilə təbrik edirəm. O da bir siyasi təşkilatın sədridir, inanıram ki, bundan sonra dövlət, xalq naminə çalışacaq. Mən də öz müsabihələrimdə İqar Məmmədovun azadlığa çıxması üçün müəyyən dairələrə müraciət etmişəm ki, Avropa məhkəməsi bu haqda qərar çıxarıbsa, bunu reallaşdırmaq lazımdır. Hər halda onun azadlığa çıxması çox normaldır”.
mia.az

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …