Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Aktual / Hafiz Hacıyev: “Məmurların bəziləri kal armud kimi dövlətin boğazına ilişiblər”

Hafiz Hacıyev: “Məmurların bəziləri kal armud kimi dövlətin boğazına ilişiblər”

Müasir Musavat partiyasının sədri Hafiz Hacıyevin nazirləri, icra başçılarını və digər məmurları kəskin tənqid edən açıqlamalarını saytlarda, sosial şəbəkələrdə tez-tez görürük. Bəs nazirlər barədə ən sərt ifadələr işlədən Hafiz Hacıyevin rəğbət bəslədiyi icra başçıları, nazirlər də varmı?
“Yeniavaz.com” saytına açıqlama verən Hafiz Hacıyev məsələ ilə bağlı bunları deyib: “Niyə yoxdur ki? Azərbaycanda rəğbət bəslədiyim nazirlər çoxdur. Bir neçəsinin adını çəkmək olar. Qalanlar yalançıdılar. Nazir tanıyıram ki, Prezident tapşırıq verir, o da yerinə yetirmir. Ondan sonra Prezident qayıdır həmin naziri işdən çıxardır, deyir “xoş getdin, çıx get”. Yəni bilirsiniz, haqq-ədaləti danmaq olmaz. Azərbaycanda deyək ki, nazirlərin hamısı Fazil Məmmədov kimi rüşvətxor olub, Eldar Mahmudov kimi avara olub, ölkəni dağıdan olub, yox. Bu da insafsızlıq olardı”.
Hafiz Hacıyev nazirlər arasında da səmimi olanlar, dövlət naminə işləyənlər olduğunu bildirib: “Onlar da saysan uzaqbaşı 2-3 nəfər ola bilər. Mənim əziz qardaşım Prezident də bilir ki, vəziyyət nə yerdədir. Məmurların bəziləri qudadılar, kirvədilər, gəlib dövlətin boğazına kal armud kimi ‘ilişiblər. Hamısının da milyardları var, işindən tərpədən kimi başqa qüvvələrlə birləşirlər, başlayırlar dövlətə xəyanət etməyə. Ona görə biz də çalışırıq ki, fürsəti əldən verməyək və birləşib ölkədəki sabitliyi qoruyaq. Dünyada gedən proseslər elə bir mərhələyə yönəlib ki, hər dəqiqə hər birimizdən sayıqlıq tələb olunur. Baxmayaraq ki, müxalif fikirliyik, amma vətən bizimdir, vətən üçün çalışmalıyıq. Ona görə də mən düşünürəm ki, hər halda bir-iki nəfərin adını çəkmək olar”.
Lakin Hafiz Hacıyev icra başçıları ilə bağlı eyni qənaətdə olmadığını vurğulayıb: “İcra başçıları ilə bağlı isə eyni sözü deyə bilmərəm. Onların hamısı əli kəsiləsi adamlardılar. Bir çoxlarının övladları narkomandır. Hamısı yığılıblar, bu dövlətin boğazından yapışıblar. Hansı İcra Hakimiyyəti başçısını deyəsən? İcra başçısı əgər şəhid ailəsini qəbul edib “sənin oğlun məndən ötəri şəhid olub?” deyirsə, onu saxlamaq olarmı? Saxlamaq olmaz. Niyə saxlayırıq? Bu məsələ bizim üçün belə deyək, üstüörtülüdür. Bir Hacıbala Abutalıbov var, Bakını iflic edib qoyub kənara. Oğlu gedib qoşulub kimlərəsə. Hacıbala Abutalıbova nə deyirsən deyir “Heydər Əliyevlə indi görüşüb gəlirəm”.
Keçən il Prezident müəyyən tapşırıqlar vermişdi icra başçılarına ki, yerlərdə sahibkarlara köməklik edilsin. Hansı köməklik edir? Hansı biri sahibkarın yanına gedib? 10 il, 15 il ölkəni talan edən icra başçıları, nazirlər var ki, bu gün çıxarırsan, sabah dövlət başçısının ünvanına nələr danışır. Onların hamısını mənim qardaşım da bilir ki, bunlar kimlərdir, özü də sübut olunubdur. Tezbazar təzyiq göstərmək istəyirlər. Məsələn, icra başçısının biri gedir dincəlməyə, qayıdan kimi başlayır qəsəbəni sökdürməyə. Ad çəkmək istəmirəm, özünüz şahidsiniz, görürsünüz. Hər halda ciddi tədbirlər görülür, başlanıbdır, Fazil Məmmədov kimi bir neçəsi də işdən çıxarılmalıdır. Özü də çıxarılanların hamısının pulları əlindən alınmalıdır. Alınmasa xarici kəşfiyyatla, daxildəki xaricə işləyən qüvvələrlə sıx təmas qururlar. Biz çalışaq qarşısını alaq”.

Həmçinin oxuyun

“Şəhidlərə qarşı olan bu biganəlik, cəmiyyətə qarşı biganəlik kimi qəbul olunur” – AMİP

Azərbaycan Milli İstiqlal Partiyasının Bəyanat yayıb. Bəyanatda deyilir: “Artıq bir müddətdir ki, övladlarının şəhərdən çox …