Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / Hafiz Əsəd Qolan təpələrini İsrailə bu qiymətə satıbmış – TƏFƏRRÜATLAR

Hafiz Əsəd Qolan təpələrini İsrailə bu qiymətə satıbmış – TƏFƏRRÜATLAR

Ərdoğan Türkiyənin milli maraqlarını qorumağı bacardı.

Bu sözləri politoloq Zaur Məmmədov deyib.

Politoloq hesab edir ki, “altı günlük müharibə”nin şok sirləri var:

“2015-ci ilin oktyabrında Türkiyənin “Yeni Şəfəq” qəzetinin yazarı Bülent Orakoğlu Suriya-Türkiyə münasibətlərinin tarixi ilə bağlı ilginc bir fakt açıqladı. Suriyada 1970-ci ildə hakimiyyəti ələ keçirəndən az sonra Hafiz Əsəd Türkiyənin Hatay vilayətinin Suriya torpaqlarına birləşdirilməsi üçün diplomatik və qeyri-qanuni fəaliyyətə başlayıb. O, Hatayın fransızlar tərəfindən hazırlanan bir razılaşma ilə Türkiyəyə verildiyini iddia edib. Guya, həmin razılaşmada vilayətin taleyinə 100 il sonra yenidən baxılacağı barədə maddə olub. Hatayı Suriya torpaqları daxilində göstərən xəritələr nəşr etdirməklə H.Əsəd həmin ərazini zəbt etmək üçün Türkiyəyə düşmən güclərdən dəstək almağa çalışıb. Bu məqsədlə ata Əsəd Türkiyədə xaos və qeyri-sabit vəziyyət yaratmaq üçün PKK, ASALA, DHKP-C başda olmaqla bir sıra terror təşkilatlarını dəstəkləyib və işğal etdiyi Livan torpaqlarında onların təlim düşərgələrinin qurulmasına da göz yumub”.

Z. Məmmədov Əsəd haqqında maraqlı məlumatı da xatırladıb:

“2011-ci ildə Suriyada Əsəd rejiminə qarşı etirazlar yenicə baş qaldırarkən, Ərəb Dünyasının “Nuqudy” və “Al Bawaba” kimi nüfuzlu qəzetləri ata Əsəd haqqında gözlənilməz məlumat yaydı. Yazıda Misirin keçmiş prezidenti Ənvər Sadatın yaxın dostu Məhəmməd Camiyə istinadən “Altıgünlük müharibə”nin gedişində strateji əhəmiyyətə malik Qolan təpələrini İsrailə 100 milyon dollara satdığını açıqladı. 1967-ci ilin iyununda İsraillə ərəblər arasında savaş zamanı Misirin Məsləhət Şurasının üzvü olmuş Cami qeyd edib ki, sözügedən məbləğ Hafiz Əsədin qardaşı Rifat Əsədə verilib, o isə həmin pulun bir hissəsini İsveçrə bankında qardaşı Əsədin adına açılmış hesaba yatırıb. Cami Ərəb Dünyasında şok yaratmış bu sirri keçmiş Misir prezidentinin öz dilindən eşitdiyini vurğulayıb: “Bir gün səhər Sadat mənimlə Qolan təpələrinə getdi. O, maşından düşdü və əlini çiynimə qoyaraq mənə sual ünvanladı: “Məhəmməd, bu möhtəşəm Qolan təpələrini dünyanın supergücləri və yaxud İsrail işğal edə bilərmi?”. Mən isə cavabımda “Xeyr, bu, mümkün deyil” dedim. Bu məqamda Ənvər Sadat üzünü mənə çevirərək, “Məhəmməd, mən sənə çox təhlükəli sirr açıqlayıram. İsrail bu təpələri 100 milyon dollara alıb. 100 milyonluq çek Rifat Əsədə verilib. Pul Hafiz və Rifat Əsəd qardaşlarının İsveçrə bankındakı hesablarına yatırılıb”… Cami bu sirrin Livanın eks-prezidenti Əmin Cimael tərəfindən də səsləndirildiyini xatırladıb. Bəzi iddialara görə, o vaxt müdafiə naziri olan H. Əsəd hakimiyyəti ələ keçirmək üçün ölkə daxilində narazılığı artırmaq və mövcud iqtidarda parçalanma yaratmaq məqsədilə İsraillə razılığa gedib. Məhz Suriya üçün həyati əhəmiyyət kəsb edən Qolan təpələrinin İsrail tərəfindən işğal edilməsindən sonra, ata Əsədin Suriyada iqtidara qarşı narazılığın artmasından istifadə edərək hakimiyyəti ələ keçirməsi bu iddiaların doğruluğu ehtimalını artırır”. Redaktor.az

Həmçinin oxuyun

Nazirlər Kabineti pandemiya ilə bağlı qərarında dəyişiklik etdi

Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət …