Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” — VİDEO

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” — VİDEO

“Mən, Babayan Jenya Pavlovna 21 mart 1935-ci ildə anadan olmuşam. Biz həmişə azərbaycanlılarla birgə yaşamışıq. Mehriban, sülh şəraitində onlarla xəstəxanada birgə işləmişəm. Məni çox yaxşı qəbul edirdilər”.


Bu sözləri Hadrutun erməni işğalından azad olunması zamanı ermənilərin qoyub qaçdıqları iki nəfər yaşlı şəxsdən biri olan Yevgeniya Babayan deyib.


O qeyd edib ki, birlikdə yaşayış zamanı azərbaycanlılarla bir-birilərini qarşılıqlı olaraq evə dəvət ediblər və yaxşı yaşayıblar:


“Gəldim Hadruta, bir xeyli vaxt keçdi. Bu müharibə başladı. Ermənilər məni evin zirzəmisində qoyub qaçdılar. Dedilər ki, səni aparacağıq, aparmadılar. Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular.


Azərbaycanlı gəldi, mənə kömək etdi, dedi ki qorxma-qorxma bacı, avtomobillə Bakıya gətirdi. İndi Bakıda xəstəxanadayam. Məni yaxşı yedizdirirlər, yaxşı baxırlar. Çox minnətdaram. Ona görə ki, bizim ermənilər məni qoruya bilmədilər. Bizim ermənilər məni qoyub qaçdılar.

Atalar, analar, çətin şey deyil sülh yaratmaq, kömək edin ki, azərbaycanlılarla birgə yaşayaq. Bu həyat deyil, bu yaşayış deyil”. /Oxu.az

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …