Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / “Hadisəni törədən Surxay Əliyev “Araz Supermarketlər Şəbəkəsi”nin əməkdaşı deyil” – Rəsmi açıqlama

“Hadisəni törədən Surxay Əliyev “Araz Supermarketlər Şəbəkəsi”nin əməkdaşı deyil” – Rəsmi açıqlama

Xəbər verildiyi kimi, iyunun 20-də Sabunçu rayonunu Maştağa qəsəbəsində yerləşən Araz Supermarketlər Şəbəkəsinin əməkdaşları Vüqar Hüseynzadə və Kənan Səlimov bıçaqlanıb. Iş saatından sonra baş vermiş hadisə nəticəsində Vüqar Hüseynzadə dünyasını dəyişib, Kənan Səlimov isə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı “Araz Supermarketlər Şəbəkəsi”nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Mia.az-a daxil olan məlıumatda bildirilib ki, “Araz”ın kollektivi baş vermiş bədbəxt hadisədən təəssüflənir və bu cür hadisələri pisləyir: “Məlumat üçün bildirək ki, hadisəni törədən Surxay Əliyev Araz Supermarketlər Şəbəkəsinin əməkdaşı deyil”.
Bildirilib ki, Araz Supermarketlər Şəbəkəsinin daxilində bəzi bölmələr icarə əsasında fəaliyyət göstərir. Şəbəkənin Maştağa filialında icarə müqaviləsi əsasında fəaliyyət göstərən dəniz məhsulları bölməsində çalışan Surxay Əliyev podratçı şirkətin əməkdaşıdır: “Hadisənin hansı zəmində və nə səbəbdən baş verdiyi hələki məlum deyil. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin müvafiq bölmələri tərəfindən araşdırma aparılır.
Araz Supermarketlər Şəbəkəsi baş vermiş bədbəxt hadisədən təəssüfləndiyini bildirir və bu cür hadisələri pisləyir. Hadisə nəticəsində dünyasını dəyişmiş Vüqar Hüseynzadənin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət, xəsarət alan digər əməkdaşımız Kənan Səlimova isə şəfa diləyirik”

 

Həmçinin oxuyun

“Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Milli Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi …