Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Hadı Rəcəblinin nəticələri ləğv oluna bilər

Hadı Rəcəblinin nəticələri ləğv oluna bilər

Milli Məclisə keçirilən seçkilərlə əlaqədar təşkil edilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələri ləğv edilə bilər.

MSK sədri qeyd edib ki, ola bilsin ki, bu müraciətlərin əsası yoxdur:

“Amma biz bu müraciətlərin hər birini ciddi araşdıracağıq. Sabah da bizə hansısa başqa dairələrdən müraciətlər daxil olsa, gecikdirilmədən bu müraciətlər ciddi araşdırılacaq”.

Qeyd edək ki, MSK-nın ilkin nəticələrinə görə, bu dairədən Hadı Rəcəbli 9 min 594 səs (53,1 faiz) toplayıb.(Demokrat.az)

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …