Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Hadi Rəcəblidən ona “get tarlada işlə” deyən Mübariz Mənsimova CAVAB

Hadi Rəcəblidən ona “get tarlada işlə” deyən Mübariz Mənsimova CAVAB

9 Fevral Milli Məclisə seçkilərlə bağlı namizədlərin təşviqat kampaniyası davam edir. 

Sosial şəbəkədə 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə əsas iddiaçılar Hadi Rəcəbli və Rəvan Bəşirov arasında sorğular təşkil olunub.

Sorğuya “Palmali Şirkətlər Qrupu”nun rəhbəri Mübariz Mənsimov da reaksiya verib. O sorğuya şərh yazaraq Hadi Rəcəbliyə tarlada işləməyi məsləhət görüb: “Məncə Hadi bəy bir az tarlada işləsin, bugünə qədər nə edib ki, yenə də seçilmək istəyir? Ayıbdır, yaşlı adamsan get bir az dincəl”.

Azxəbər.com bu sözlərlə bağlı Hadi Rəcəbli ilə əlaqə saxlayıb. O açıqlamasında hər kəsin fikrinə hörmətlə yanaşdığını bildirib:

“O, Mübariz müəllimin fikridir. Biz onun fikrinə hörmətə yanaşırıq. Ancaq onu deyim ki, mənim namizədliyim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Demək ki, partiyamızın fikri fərqlidir. Demokratik cəmiyyətdə yaşayırıq, hər kəsin özünü ifadə etmək azadlığı var”.

Hadi Rəcəbli deyib ki, sosial şəbəkələrdə yazılan bütün şərhlərə hörmətlə yanaşır:

“Hər kəsin fikrinə hörmətlə yanaşırıq. Ancaq bununla yanaşı ölkədə hakim partiya var və partiyanın qərarı belədir ki, mən namizəd olum. Partiya üzvləri və sevənlər bu qərara hörmətlə yanaşırlar. Sosial şəbəkədə kim nə istəsə yazır, biz heç kimə təsir etmirik. Mübarizəyə qoşulan hər kəs haqda cəmiyyətdə yetərincə məlumat var. Son sözü isə xalqımız fevralın 9-u deyəcək”. Yeniavaz.com

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …