Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Aktual / Hadı Rəcəblinin “varlılara aqressiya var ” açıqlamasına reaksiyalar

Hadı Rəcəblinin “varlılara aqressiya var ” açıqlamasına reaksiyalar

Aqşin Yenisey: “Varlılara qarşı ciddi aqressiya olsaydı, ölkədə vətəndaş müharibəsi başlayardı”; Natiq Cəfərli: “Azərbaycanlıların varlılıq anlamı bir qədər fərqlidir”

Deputat Hadı Rəcəblinin kulis.az saytına son müsahibəsi müzakirələrə səbəb olub. Belə ki, deputat jurnalistin “Ümumiyyətlə, məmurlara, dövlət adamlarına xalq arasında, qələm adamları arasında niyə həmişə neqativ münasibət olur” sualına qalmaqala səbəb olacaq cavab verib: “Sovet dövründə bir az imkanı olan adama necə baxırdılar? Düşmən kimi. Bu, bazar iqtisadiyyatı dövründə ən yanlış metoddur. Adamlara neqativ münasibət həsəddən, cəmiyyətdə olan nöqsanları o adamlarda görməkdən yaranır. Biz hazırda bu neqativlərin qarşısını almaq istəyirik”.

Bəs cəmiyyətin tanınmış nümayəndələri bu haqda necə düşünür?

Mövzu ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı müxtəlif sahələrdən olan tanınmışlar arasıında sorğu keçirib. İqtisadçı ekspert Natiq Cəfərli sualımıza bu cür cavab verib:  “Azərbaycanda varlılara qarşı aqressiya münasibət heç vaxt mövcud olmayıb. Məsələn, Rusiyada bolşevizmin yaranmasına əsas səbəb daima varlılara qarşı aqressiv münasibətin olması idi. Çünki  varlı insanların əksəriyyəti digər etnik qrupa aid idi. Bu da rus ”mujikini” qəzəbləndirir və sonda bolşevizmin yaranmasına, inqilaba gətirib çıxardı. Burada həqiqət payı var. Amma Azərbaycanda heç vaxt varlılara qarşı nifrət olmayıb. Bizdə  daha çox rəqabət öndə olub.

Natiq Cəfərli ile ilgili görsel sonucu

Yəni tarixən “qonşudan dala qalma prinsipi” olub.  Bu baxımdan azərbaycanlıların varlılıq anlamı bir qədər fərqlidir. Bu isə çox ciddi şəkildə aqressiv münasibət deyil. Yeganə olaraq Azərbaycanda ədalətsiz  varlananlara qarşı münasibət var. Əgər kimsə hansısa formada biznesdə və yaxud digər sahədə uğur qazanıbsa, özünə yaxşı şərait qurubsa, ona həmişə “halaldır” deyiblər. Amma ədalətsiz şəkildə, insanların incidilməsi, rüşvət, korrupsiya yolu ilə pul qazananlara qarşı həmişə təbii ki, neqativ münasibət var, bu zaman həsəd, paxıllıq kimi amillər arxa plana keçir. Ona görə də deməzdim ki, Hadı Rəcəbli yüz faiz düz deyir. Amma Rusiya və digər ölkələrə nisbətən ciddi fərqlər var”.

Ruslan Bəşirli ile ilgili görsel sonucu

Avropa.info saytının rəhbəri Ruslan Bəşirli isə bildirdi ki, insanlar fərqli olduğu kimi fikirlər də fərqlidir: “İnsanlar ola bilər ki, varlı birinə həqiqətən də həsəd göstərə bilər. Bəzi insanlar da ”bu varlı olan şəxs haqq etdiyini qazanmayıb, başqa yollarla bu pullara sahibdir” düşüncəsi ilə varlı birinə aqressiya göstərə bilər. Ona görə də Hadi Rəcəblinin dediklərinə birmənalı cavab yoxdur”.

Rejissor-prodüser Fehruz Şamıyev ile ilgili görsel sonucu

Rejissor-prodüser Fehruz Şamıyev isə sualımıza bu cür cavab verdi: “Varlılara qarşı aqressiya həsəddən doğmur. Bu aqressiya umumi xalq mənfəətinin konkret şəkildə bir qrup şəxslərdə cəmləşməsinə qarşı ola bilər. Yəni qısası bu monopoliya, korrupsiya məsələsidir və Azərbaycanda kiminsə kiməsə həsəd aparmasının kökündə bu məsələ durur”.

Nergiz Salmanova Liftiyeva adlı şəxsin şəkli.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Nərgiz Liftiyeva isə qeyd etdi ki, deputatın  dediyi neqativ münasibət həqiqətən də Azərbaycanda mövcuddur, ancaq həsəddən doğmur: “Çünki bizim ölkədə varlıların bir çoxu öz istedadı, qeyri-adi biznes bacarığı və ya şansı hesabına deyil, korrupsiya, çirkli pullar, dövlət büdcəsini yağmalamaq, vətəndaşın haqqını kəsmək və sair hesabına varlanırlar. Son illər aşkarlanan irimiqyaslı korrupsiya faktları da bunu təsdiqlədi. Bu səbəbdən də onlar insanların gözündə neqativ bir fiqura çevrilir. Əgər varlılar ölkə səviyyəsində ciddi bir xeyriyyə əməllərinə imza atsalar, bu neqativ münasibət də aradan qalxar”.

Gənc yazar Aqşin Yenisey ile ilgili görsel sonucu

Gənc yazar Aqşin Yenisey isə bildirdi ki, əgər cəmiyyətimizdə varlılara qarşı ciddi aqressiya olsaydı, ölkədə vətəndaş müharibəsi başlaya bilərdi: “Heç kimin haqqını yemədən pul qazanan, müəllimliklə yanaşı fəhləlik də edib varlanan adamlara heç kim aqressiya göstərmir. Cəmiyyətin aqressiyası qalstukla, kostyumla maskalanıb rüşvət, yetimin haqqını, dövlətin pulunu yeyən dələduzlara, xırdabuynuzlulara qarşıdır. Ümumiyyətlə, həsəd hissi hansısa maddi varlıq əsasında yaranmır: həsədin kökündə natamamlıq kompleksindən doğan nüanslar var. Dolayısı ilə sağlam təfəkkürlü insan bu hisslə natamam olduğu nöqtələri öyrənib özünü inkişaf etdirə bilər. Ümumi anlayış kimi yanaşanda həsəd hissi cəmiyyətin, insanlığın inkişafına xidmət edə bilər. Elə orta əsrlərdə də xeyli mədəniyyət abidəsi, klassik əsərlər məhz həsəd hissindən yaranıb. Dövlətlər bir-biriləri ilə bəhsə girərək, daha gözəl abidələr, kitabxanalar, mədəniyyət mərkəzləri tikirdilər. Lakin hazırda dünya düzənində bu bəhsə girmək məsələsi olduqca məzmunsuz məcraya yol alıb. Bu isə tamam başqa, böyük söhbətin mövzusudur”.

 

Həmçinin oxuyun

Mikayıl Cabbarov təkzib edir

“Azərbaycan, SOCAR da daxil olmaqla, iri dövlət şirkətlərindəki səhmlərini satmağı planlaşdırmır”. Bunu ölkənin iqtisadiyyat naziri …