Bazar ertəsi , Aprel 22 2019
Ana səhifə / Aktual / Hacınuranşou: “Onun qucağındakı 10 milyonuncu körpə deyil…”

Hacınuranşou: “Onun qucağındakı 10 milyonuncu körpə deyil…”

Hacı Nuranının sosial şəbəkədəki hesabında paylaşdığı şəkildəki uşaq 10 milyonçu vətəndaş deyil.

Bunu virtualaz.org-a açıqlamasında Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova deyib. Məmmədova bildirib ki, Hacı Nuran mərkəzdə olmayıb, uşağı görməyib. “Hacı Nuranın niyə belə bir məlumat paylaşdığını anlaya bilmirəm. Biz ümumiyyətlə həmin şöbəyə kişiləri buraxmırıq. Hətta uşağın atasını, nənələrini yanına buraxmamışıq”, -Məmmədova söyləyib.

Mərkəz rəhbəri qeyd edib ki, hazırda həm ananın, həm də körpənin vəziyyəti normaldır.

Qeyd edək ki, Azərbaycanın 10 milyonuncu sakini Respublika Perinatal Mərkəzində dünyaya gəlib. Hacı Nuran sosial şəbəkədəki hesabında qucağında uşaq şəkili paylaşaraq onun 10 milyoncu vətəndaş olduğunu yazıb.

Həmçinin oxuyun

İlk üç ayda Azərbaycanın ixracı niyə artıb? – ŞƏRH

Bu ilin birinci rübündə Azərbaycanın ümumi idxal göstəricilərində ciddi artım qeydə alınıb. Dövlət Gömrük Komitəsinin …