Ana səhifə / Aktual / “Hacıbala Abutalıbovun oğlunun terror qruplaşmasına pul göndərildiyi aydınlaşdırılmalıdır” — SENSASİON AÇIQLAMA

“Hacıbala Abutalıbovun oğlunun terror qruplaşmasına pul göndərildiyi aydınlaşdırılmalıdır” — SENSASİON AÇIQLAMA

“Biz ilk mərhələdə Rusiyanın buradakı şəbəkəsini çökdürməliyik”.

Bunu KONKRET.az-a danışan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, Əli Həsənov xəstəliyinə görə Türkiyəyə gedib: “Əli Həsənov bundan öncə də Almaniyada çox ciddi əməliyyat keçirib. Onun çox ciddi ürək problemi var. Səhhəti ilə bağlı hazırda o, xaricdədir. Təbii ki, onunla bağlı cinayət işi qaldırılarsa, Əli Həsənov Azərbaycana qayıda bilər. Əgər qayıtmasa, o zaman axtarışa verilə bilər.

Hazırda ölkə ərazisində 5-ci kolonun Rusiya qanadının neytrallaşması gedir. Təbii ki, bununla yanaşı FETÖ, İŞİD və digər təhlükəli terror qruplaşmaları ilə əlaqəsi olan qüvvələr də neytrallaşmalıdır. Bir zamanlar mətbuatda Hacıbala Abutalıbovun oğlunun İŞİD kimi təhlükəli terror qruplaşmasına pul göndərdiyi deyilirdi. Bunların hamısı aydınlaşdırılmaldır. Biz ilk mərhələdə Rusiyanın buradakı şəbəkəsini çökdürməliyik.

Çünki dövlətimizə ən real təhlükə Rusiyadan qaynaqlanır. Demək olar ki, ölkəmizdə FETÖ kifayət qədər neytrallaşdırılıb. Bu gün dövlətimiz ictimai rəylə razılaşır. Tofiq Yaqublunun ev dustaqlığına buraxılması bir daha bunu sübut etdi. Xalqla birlikdə dövlətimiz irəliyə gedir. Biz bu cəbhəni daha da genişləndirməliyik.

Əgər dövlət xaqla bir yerdə olarsa, heç bir dövlətin və terror qruplaşmasının ölkəmizə heç bir təsiri olmayacaq”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Belə fikirləri ortaya atanlar təxribatla məşğuldur”

Sosial şəbəkədə Mirfaiq Mirheydərli adlı şəxs yazır ki, PKK ilə işləmək üçün kürd əsilli vətəndaşlarımızın …