Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Hacıbala Abutalıbova nə olub? – Rəsmi açıqlama

Hacıbala Abutalıbova nə olub? – Rəsmi açıqlama

Ötən gündən etibarən bəzi KİV-lərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun beyin insultu keçirməsi ilə bağlı xəbərlər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı merinin müalicə üçün Almaniyaya aparıldığı vurğulanır.

“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün BŞİH-nin Mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova ilə əlaqə saxlayıb. O bildirib ki, KİV yalan informasiya yayıb: “Şükürlər olsun ki, Hacıbala müəllim yaxşıdır. Hər hansı xəstəliyi yoxdur. Hazırda da işinin başındadır. Allah hamımızı pis xəstəliklərdən uzaq eləsin”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …