Cümə , Oktyabr 23 2020
Ana səhifə / Aktual / Hacı Nuranın xəstəxanadan görüntüləri – “Bilirdim ki, nəsə var…”

Hacı Nuranın xəstəxanadan görüntüləri – “Bilirdim ki, nəsə var…”

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın tanınmış aparıcısı, “Həyat” Fondunun rəhbəri Hacı Nuran Hüseynov xəstəxanaya yerləşdirilib. Bu gün isə analizlərin nəticəsi açıqlanıb və aparıcının ağciyərində onkoloji şiş tapılıb. 

“Qafqazinfo”nun əməkdaşları “Ege” hospitalda həkim nəzarətində olan aparıcını ziyarət ediblər. Hacı Nuran bazar günü təcili Almaniya gedəcəyini, orada müalicə alacağını bildirib:

“Bazar ertəsindən klinikada müalicəmi davam etdirəcəm. Bu gün səhər bir çox analizlərimin cavabı çıxdı. Ağciyər nahiyəmdə 5 sm böyüklüyündə şiş tapılıb. Ancaq bu şişin aktiv olub-olmaması yoxlamaq üçün analiz verilməlidir ki, onu da Bakıda vermək olmur. Onun nəticəsini Almaniyada biləcəyəm.

Bilirdim ki, nəsə var… Hər gün görüşlər, tədbirlər, verilişimiz çox olurdu. Ən böyük problem vaxtdır, bu səbəbdən həkimə gedə bilmirdim”.

 


Həmçinin oxuyun

Şuşadan görüntülər yayıldı – VİDEO

Azərbaycanın işğal altında olan torpağı Şuşadan görüntülər yayılıb. Unikal.org xəbər verir ki, bununla bağlı görüntülər sosial …