Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / Hacı Mazanla bağlı YENİ XƏBƏR – “Onun müalicəsi bitib, vəziyyəti isə…”

Hacı Mazanla bağlı YENİ XƏBƏR – “Onun müalicəsi bitib, vəziyyəti isə…”

Hacı Mazan (Ramazan Əliyev) xəstəxanadan evə buraxılıb.
Bu barədə Lent.az -a onun həkimi Cəfər Nəsirli məlumat verib. O bildirib ki, Ramazan Əliyev 1 həftədən çoxdur evindədir:
“Onun müalicəsi bitib. Vəziyyəti isə yaxşıdır”.
Xatırladaq ki, iyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olan Masallı rayonu, Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti “Range Rover”ində qəzaya uğrayıb. Nəticədə o özü və sürücüsü – 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonra isə Hacı Mazan yaxınlarının istəyilə Bakı şəhərindəki Tədris Cərrahiyə Klinikasına gətirilib, elə həmin gün də üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Bundan sonra isə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülən R.Əliyev yenidən əməliyyat edilib.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …