Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Hacı Mazanın vəziyyəti ağırlaşdı

Hacı Mazanın vəziyyəti ağırlaşdı

İyulun 2-də Ələt-Astara yolunda ağır qəzaya düşən Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun səhhəti ağır olaraq qalır. 

” Azinforum.az ” Bakupost.az-a istinadən xəbər verir ki, iş adamı təcili əməliyyat olunmalı olsa da, iki gündür, həkimlər onu əməliyyata ala bilmir.

Qeyd olunur ki,Hacı Mazanın ağciyərlərinin vəziyyəti ona narkoz verməyə və əməliyyata salmağa imkan vermir. Qəzada onun qabırğalarının sınması isə həkimləri daha çıxılmaz vəziyyətə salıb. 

Hazırda Tibb Universitetinin Tədris-Cərrahiyə Korpusunda reanimasiya şöbəsində saxlanılan R.Zeynalovun ailə üzvləri son çarə kimi xəstəxananı dəyişmək qərarı veriblər. R.Zeynalov xəstəxanadan çıxarılmaq üçün uyğun vəziyyətə hazırlanır və o, yaxın saatlarda Dövlət Təhlükəsizliyi Xidmətinin Hospitalına köçürüləcək. 

İlkin məlumata görə, Hacı Mazanın qəzada bir çox yeri sınmış, kəllə-beyin travması almışdı. O, qəzadan sonra ilk olaraq Biləsuvar Mərkəzi Xəstəxanasına aparılmış, ilkin müdaxilədən sonra Bakıya göndərilmişdi.

Onu da qeyd edək ki, dünən və srağagün iş adamının əməliyyat olunduğu bildirilirdi. Görünür, bu, doğru informasiya deyilmiş.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …